Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu xeyli sayda Ukrayna hərbi texnikasını məhv edib - Konaşenkov

© SputnikTank
Tank - Sputnik Azərbaycan, 1920, 30.05.2022
Abunə olmaq
Rusiya Müdafiə nazirliyini məlumatına görə, bazar ertəsi Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatı məhv edilib.
BAKI, 30 may - Sputnik. Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı Ukraynanın 450-dən çox reaktiv yaylım atəşi sistemləri məhv edilib. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri aşağıdakılar məhv edilib: 183 təyyarə, 128 helikopter, 1064 pilotsuz uçuş aparatı, 325 zenit-raket kompleksi, 3323 tank və digər zirehli döyüş texnikası, 451 reaktiv yaylım atəşi sistemi, 1731 səhra artilleriya silahı və minaatan, o cümlədən 392 ədəd xüsusi təyinatlı hərbi texnika", - deyə Konaşenkov bazar ertəsi brifinqdə qeyd edib.
Konaşenkov onu da bildirib ki, Rusiya hava zərbələri bir gündə 320 yaraqlı və 47 Ukrayna silahını məhv edib:
"Yüksək dəqiqlikli havadan buraxılan raketlər Ukrayna Silahlı Qüvvələrinin batalyonlarının iki komanda və müşahidə məntəqəsini, rabitə mərkəzini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 34 ərazini vurub".
Bundan əlavə, Konaşenkov dəqiqləşdirib ki, operativ-taktiki, ordu və pilotsuz təyyarələr Ukrayna Silahlı Qüvvələrinin üç komanda məntəqəsini və canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 67 ərazini vurub.
Rusiya MN sözçüsü bildirib ki, bazar ertəsi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatı vurulub.
Onun sözlərinə görə, bundan başqa, Xarkov vilayətinin Malaya Kamışevaxa, Kamenka, Brajovka Qlinskoye və Xerson vilayətinin Çernobaevka yaşayış məntəqələri ərazilərində Ukraynanın “Smerç” reaktiv yaylım atəşi sisteminin 9 raketi ələ keçirilib.
General bildirib ki, rusiyalı atıcılar Nikolayevdəki “Okean” gəmiqayırma zavodunun ərazisində 15-dən çox Ukrayna tankı və piyada döyüş maşınını məhv ediblər.
Bunlarda əlavə, “BM-21 Qrad” reaktiv yaylım atəş sisteminin dörd qurğusu, 46 hərbi texnika, həmçinin "Donetsk Xalq Respublikası"nın Novomikaylovka yaxınlığındakı sursat anbarı məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0