https://sputnik.az/20220530/rusiya-azerbaycan-erazisi-ile-taxta-dasinmasini-artirib-442350170.html
Rusiya Azərbaycan ərazisi ilə taxta daşınmasını artırıb
Rusiya Azərbaycan ərazisi ilə taxta daşınmasını artırıb
Sputnik Azərbaycan
Tətbiq edilmiş sanksiyalarla əlaqədar olaraq, Rusiyanın taxta daşıyıcıları beynəlxalq tədarükləri həyata keçirmək üçün diqqətlərini dəmir yolu dəhlizlərinə... 30.05.2022, Sputnik Azərbaycan
2022-05-30T10:12+0400
2022-05-30T10:12+0400
2022-05-30T10:27+0400
rusiya
azərbaycan
türkiyə
gürcüstan
rusiya
taxta
tədarük
dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/40337/47/403374750_0:94:1800:1107_1920x0_80_0_0_3aebf565e637c8091a86a6649d04aba6.jpg
BAKI, 30 may - Sputnik. Cari ilin mart ayında Rusiyanın ixrac dəmir yolu daşımalarının strukturunda dörd ölkəyə taxta daşınması kəskin artıb: Belarus - 181%, Türkiyə - 163%, Azərbaycan - 37% və Misir - 23%. Bu barədə Rusiyanın meşə uçotu və idarəçiliyi vəzifələrinin kompleks həlli üzrə ixtisaslaşmış "Roslesinforq"un məlumatında deyilir.Eyni zamanda, əgər əvvəllər Türkiyəyə daşınmaların yarıdan çoxu Sankt-Peterburq və Krasnodar diyarının dəniz limanları vasitəsilə həyata keçirilirdisə, indi sanksiyalarla əlaqədar olaraq, Rusiya ağac daşıyıcıları əhəmiyyətli dərəcədə beynəlxalq taxta tədarükü ilə bağlı yük daşımaları həyata keçirmək üçün diqqətlərini dəmir yolu dəhlizlərinə yönəldiblər. Yük əvvəlcə Bakıya, oradan da Bakı-Tbilisi-Qars dəhlizi ilə Türkiyəyə gedir.“Demək olar ki, Avropa sərhədlərinin keçilməsi ilə bağlı olmayan bütün istiqamətlərdə taxta-şalban daşınmasına tələbatın artması müşahidə olunur. Məsələn, Rusiya-Çin və Rusiya-Qazaxıstan marşrutları üzrə taxta yüklərin daşınmasında 2 dəfə artım var”, - deyə qurumun açıqlamasında bildirilir."Roslesinforq"un məlumatına görə, hazırda xaricə taxta yüklərinin daşınmasının təxminən 65%-i dəmir yolu ilə həyata keçirilir - keçən il 40 milyon tondan çox yük daşınıb.Ötən ilin nəticələrinə görə, Rusiya taxta və onun emal məhsullarının ixracatçıları daha az istehsal və tədarük həcmi ilə daha çox qazanmağa başladılar - ixrac 17,5 milyard dollar qiymətləndirilir. Ucuz, emal olunmamış və yanacaq odununun tədarükü azalır, bahalı malların həcmi isə əksinə artıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40337/47/403374750_100:0:1700:1200_1920x0_80_0_0_c9cafe9edd689203c567696ce78c1742.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya, azərbaycan, türkiyə, gürcüstan, taxta, tədarük, dəmir yolu
rusiya, azərbaycan, türkiyə, gürcüstan, taxta, tədarük, dəmir yolu
Rusiya Azərbaycan ərazisi ilə taxta daşınmasını artırıb
10:12 30.05.2022 (Yenilənib: 10:27 30.05.2022) Tətbiq edilmiş sanksiyalarla əlaqədar olaraq, Rusiyanın taxta daşıyıcıları beynəlxalq tədarükləri həyata keçirmək üçün diqqətlərini dəmir yolu dəhlizlərinə yönəldiblər - mallar Bakıya, oradan isə Bakı-Tbilisi-Qars vasitəsilə Türkiyəyə gedir.
BAKI, 30 may - Sputnik. Cari ilin mart ayında Rusiyanın ixrac dəmir yolu daşımalarının strukturunda dörd ölkəyə taxta daşınması kəskin artıb: Belarus - 181%, Türkiyə - 163%, Azərbaycan - 37% və Misir - 23%. Bu barədə Rusiyanın meşə uçotu və idarəçiliyi vəzifələrinin kompleks həlli üzrə ixtisaslaşmış "Roslesinforq"un məlumatında deyilir.
Eyni zamanda, əgər əvvəllər Türkiyəyə daşınmaların yarıdan çoxu Sankt-Peterburq və Krasnodar diyarının dəniz limanları vasitəsilə həyata keçirilirdisə, indi sanksiyalarla əlaqədar olaraq, Rusiya ağac daşıyıcıları əhəmiyyətli dərəcədə beynəlxalq taxta tədarükü ilə bağlı yük daşımaları həyata keçirmək üçün diqqətlərini dəmir yolu dəhlizlərinə yönəldiblər. Yük əvvəlcə Bakıya, oradan da Bakı-Tbilisi-Qars dəhlizi ilə Türkiyəyə gedir.
“Demək olar ki, Avropa sərhədlərinin keçilməsi ilə bağlı olmayan bütün istiqamətlərdə taxta-şalban daşınmasına tələbatın artması müşahidə olunur. Məsələn, Rusiya-Çin və Rusiya-Qazaxıstan marşrutları üzrə taxta yüklərin daşınmasında 2 dəfə artım var”, - deyə qurumun açıqlamasında bildirilir.
"Roslesinforq"un məlumatına görə, hazırda xaricə taxta yüklərinin daşınmasının təxminən 65%-i dəmir yolu ilə həyata keçirilir - keçən il 40 milyon tondan çox yük daşınıb.
Ötən ilin nəticələrinə görə, Rusiya taxta və onun emal məhsullarının ixracatçıları daha az istehsal və tədarük həcmi ilə daha çox qazanmağa başladılar - ixrac 17,5 milyard dollar qiymətləndirilir. Ucuz, emal olunmamış və yanacaq odununun tədarükü azalır, bahalı malların həcmi isə əksinə artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.