Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ görüş keçirəcək - Peskov

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv şəkli
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.05.2022
Abunə olmaq
RF Prezidentinin mətbuat katibinin sözlərinə görə, gün ərzində Rusiya dövlət başçısının iki beynəlxalq telefon danışığı planlaşdırılır.
BAKI, 30 may - Sputnik. Bazar ertəsi Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ görüş və iki beynəlxalq telefon danışığı keçirəcək. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib
Onun sözlərinə görə, telefon danışıqlarından biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla olacaq.
“Gün ərzində indiyədək iki beynəlxalq telefon danışığı planlaşdırılır... Biri həqiqətən Türkiyə prezidenti ilə olacaq”, - deyə Peskov bildirib.
O həmçinin danışıqların ikitərəfli olacağını qeyd edib.
“Həmçinin günün ortasında Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüşü planlaşdırılır”, - deyə Kreml sözçüsü əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0