Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həmyerlimiz Rusiya Fəlsəfə Cəmiyyətinin fəxri fərmanına layiq görülüb

© Sputnik / Anar MustafayevAzərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli
Azərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.05.2022
Abunə olmaq
Azərbaycan mənşəli alim bu mükafata fəlsəfədə və fəlsəfi təhsildə sanbalı nailiyyətlərə, habelə ölkədə fəlsəfənin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
BAKI, 30 may - Sputnik. Azərbaycan mənşəli Rusiya alimi, fəlsəfə elmləri namizədi Ariz Gözəlov Rusiya Fəlsəfə Cəmiyyətinin fəxri fərmanına layiq görülüb. Azərtac-ın verdiyi xəbərə görə, Moskvada “Polisentrik dünyada fəlsəfə” mövzusuna həsr edilmiş VIII Rusiya Fəlsəfə Konqresi keçirilib.
Tədbir çərçivəsində fəlsəfi araşdırmaların əsas istiqamətləri üzrə seksiyalar, simpoziumlar və dəyirmi masalar təşkil edilib.
Alimlər fəlsəfə tarixi və fəlsəfi nəzəriyyələr, fəlsəfə və cəmiyyət, Rusiyanın təhsil məkanında fəlsəfə və sair problemləri müzakirə ediblər.
Tədbirin gedişində fəlsəfə elmləri namizədi Ariz Gözəlov fəlsəfədə və fəlsəfi təhsildə sanbalı nailiyyətlərə, həmçinin Rusiya Fəlsəfə Cəmiyyətinin inkişafına verdiyi töhfələrə görə Cəmiyyətin fəxri fərmanı ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0