Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Ukraynanın “Su-25” təyyarəsi vurulub

© AP Photo / Evgeniy MaloletkaСу 25 ВВС Украины
Су 25 ВВС Украины - Sputnik Azərbaycan, 1920, 29.05.2022
Abunə olmaq
Rusiyanın Müdafiə Nazirliyi Ukraynadakı xüsusi hərbi əməliyyatın gedişinə dair növbəti məlumatını açıqlayıb.
BAKI, 29 may - Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri Dnepropetrovsk vilayətinin Novoqriqorovka yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” təyyarəsini vurub.
APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Qeyd edilib ki, Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatı Xarkov vilayətinin Malye Proxodı, Dnepropetrovsk vilayətinin Mirolyubovka və "DXR"-in Nijnyaya Krınka yaşayış məntəqələri ərazilərində məhv edilib.
İqor Konaşenkov Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli uzaqmənzilli raketləri ilə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki müəssisələrdən birinin anbar ərazisində Ukrayna Silahlı Qüvvələrinin böyük silah-sursat arsenalının məhv edildiyini də söyləyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izlə
Украинские солдаты сидят в бронетранспортере в городе Северодонецк, Донбасс - Sputnik Azərbaycan, 1920, 26.05.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya MN: Ukraynada canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 407 ərazi vurulub
Xəbər lenti
0