https://sputnik.az/20220528/rusiyada-sud-vezi-xercenginin-mualicesi-ucun-dermanin-klinik-sinaqlari-baslanir-442297429.html
Rusiyada süd vəzi xərçənginin müalicəsi üçün dərmanın klinik sınaqları başlanır
Rusiyada süd vəzi xərçənginin müalicəsi üçün dərmanın klinik sınaqları başlanır
Sputnik Azərbaycan
Qeyd olunur ki, gen mühəndisliyinin inkişafı sayəsində şişlər əleyhinə immuniteti stimullaşdırmağa qadir olan preparatların hazırlanması mümkün olub. 28.05.2022, Sputnik Azərbaycan
2022-05-28T10:01+0400
2022-05-28T10:01+0400
2022-05-28T10:01+0400
rusiya
onkologiya
xərçəng
süd vəzi
https://cdnn1.img.sputnik.az/img/41541/19/415411986_0:0:5472:3078_1920x0_80_0_0_fd91624700fb88ef66367ee45da5d742.jpg
BAKI, 28 may — Sputnik. Sankt-Peterburq şəhərində süd vəzi xərçənginin müalicəsi üçün innovativ dərmanın - geni dəyişdirilmiş onkolitik virus əsasında şiş əleyhinə preparatın klinik sınaqları başlanıb. RİA Novosti xəbər verir ki, adıçəkilən preparat Rusiyada ilk dəfədir ki, sınaqdan çıxarılır.Preparatın istehsalçısı olan Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Kimyəvi Biologiya və Fundamental Tibb İnstitutundan verilən məlumata görə, dərman vasitəsi "Rospotrebnadzor"un "Vektor" mərkəzi tərəfindən "Oncostar" MMC-nin ("Skolkovo" rezidenti) istehsalat bazasında hazırlanıb. Onun kliniki sınaqları Sankt-Peterburqda N.N.Petrov adına Onkologiya Milli Tibbi Tədqiqat Mərkəzində aparılır.Elmi tədqiqat mərkəzindən o da bildirilib ki, dərman süd vəzi xərçənginin müalicəsi üçün nəzərdə tutulub. Bu dərman vasitəsi çiçək xəstəliyi əleyhinə "VV-GMCSF-Lact" vaksininin inaktiv rekombinant virusu əsasında yaradılıb.Kliniki sınaqların ilk mərhələsinin məqsədi preparatın təhlükəsizliyini, orqanizmə təsirini və farmakokinetik parametrlərini qiymətləndirməkdir.Tədqiqatda iştirak etmək istəyənlər N.N.Petrov adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin internet saytında yerləşdirilmiş anketi doldura bilərlər.Bu yaxınlarda aparılan prekilinik sınaqlar göstərib ki, dərman əsas şişin inkişafını effektiv şəkildə azaldır, onun daxilində çoxalır və sağlam hüceyrələrə təsir etmir. Preparat müstəqil olaraq metastazları axtarıb taparaq onların böyüməsinin qarşısını alır. Preparat həm monoterapiya rejimində, həm də digər müalicə üsulları ilə birlikdə istifadə edilə bilər.Onkolitik viruslar hazırda bədxassəli şişlərlə mübarizə üçün daha çox istifadə olunan terapevtik agentlər sinfinə daxildir. Gen mühəndisliyinin inkişafı təkcə xərçəng hüceyrələrini daha seçici şəkildə məhv etməyə deyil, həm də şiş əleyhinə immuniteti stimullaşdırmağa qadir olan rekombinant viruslar yaratmağa imkan verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41541/19/415411986_0:0:4864:3648_1920x0_80_0_0_f3576b1baa0787bc632a9d464c2764ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
onkologiya, xərçəng, süd vəzi
onkologiya, xərçəng, süd vəzi
Rusiyada süd vəzi xərçənginin müalicəsi üçün dərmanın klinik sınaqları başlanır
Qeyd olunur ki, gen mühəndisliyinin inkişafı sayəsində şişlər əleyhinə immuniteti stimullaşdırmağa qadir olan preparatların hazırlanması mümkün olub.
BAKI, 28 may — Sputnik. Sankt-Peterburq şəhərində süd vəzi xərçənginin müalicəsi üçün innovativ dərmanın - geni dəyişdirilmiş onkolitik virus əsasında şiş əleyhinə preparatın klinik sınaqları başlanıb. RİA Novosti xəbər verir ki, adıçəkilən preparat Rusiyada ilk dəfədir ki, sınaqdan çıxarılır.
Preparatın istehsalçısı olan Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Kimyəvi Biologiya və Fundamental Tibb İnstitutundan verilən məlumata görə, dərman vasitəsi "Rospotrebnadzor"un "Vektor" mərkəzi tərəfindən "Oncostar" MMC-nin ("Skolkovo" rezidenti) istehsalat bazasında hazırlanıb. Onun kliniki sınaqları Sankt-Peterburqda N.N.Petrov adına Onkologiya Milli Tibbi Tədqiqat Mərkəzində aparılır.
"Mayın ortalarında dərman birinci xəstə üzərində sınaqdan keçirilib. Xəstə həkimlərin daimi nəzarəti altındadır, özünü yaxşı hiss edir, heç bir yan təsirlər aşkar edilməyib. Hazırda təcrübəyə ikinci xəstə cəlb olunub. Güman edirik ki, klinik sınaqların birinci mərhələsi təxminən iki il çəkəcək. Bu isə dərmanın tamamilə yeni, öz təsnifatında birinci olması ilə əlaqədardır", - deyə İnstitutun biotexnologiya laboratoriyasının rəhbəri Vladimir Rixter bildirib.
Elmi tədqiqat mərkəzindən o da bildirilib ki, dərman süd vəzi xərçənginin müalicəsi üçün nəzərdə tutulub. Bu dərman vasitəsi çiçək xəstəliyi əleyhinə "VV-GMCSF-Lact" vaksininin inaktiv rekombinant virusu əsasında yaradılıb.
Kliniki sınaqların ilk mərhələsinin məqsədi preparatın təhlükəsizliyini, orqanizmə təsirini və farmakokinetik parametrlərini qiymətləndirməkdir.
Tədqiqatda iştirak etmək istəyənlər N.N.Petrov adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin internet saytında yerləşdirilmiş anketi doldura bilərlər.
Bu yaxınlarda aparılan prekilinik sınaqlar göstərib ki, dərman əsas şişin inkişafını effektiv şəkildə azaldır, onun daxilində çoxalır və sağlam hüceyrələrə təsir etmir. Preparat müstəqil olaraq metastazları axtarıb taparaq onların böyüməsinin qarşısını alır. Preparat həm monoterapiya rejimində, həm də digər müalicə üsulları ilə birlikdə istifadə edilə bilər.
Onkolitik viruslar hazırda bədxassəli şişlərlə mübarizə üçün daha çox istifadə olunan terapevtik agentlər sinfinə daxildir. Gen mühəndisliyinin inkişafı təkcə xərçəng hüceyrələrini daha seçici şəkildə məhv etməyə deyil, həm də şiş əleyhinə immuniteti stimullaşdırmağa qadir olan rekombinant viruslar yaratmağa imkan verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.