https://sputnik.az/20220527/zengilanda-aile-saglamliq-merkezi-fealiyyete-baslayib-442311862.html
Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
Sputnik Azərbaycan
Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi öz işinə başlayıb. 27.05.2022, Sputnik Azərbaycan
2022-05-27T21:48+0400
2022-05-27T21:48+0400
2022-05-27T21:48+0400
zəngilan
qarabağ
təbib
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1b/442311835_0:0:3142:1768_1920x0_80_0_0_8beea1df59261cd832081f4a4d05654e.jpg
BAKI, 27 may — Sputnik. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.Bu barədə TƏBİB-dən məlumat verilib.Mərkəzdə hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet fəaliyyət göstərir.Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterilizator, portativ lampa, ekspress laborator test cihazları, aspiratorla təchiz olunub.Eyni zamanda tibb məntəqəsi stomatoloji kreslo, portativ rentgen cihazı və alətlər, qanalma kreslosu, ginekoloji müayinə masası, əlil arabası, xərək, vaksin və dərmanlar üçün məlumat matris oxuyucusu, stetoskop, tonometr, otoskop, refleks çəkic, snellen göz qrafiki, oftalmoskop, kiçik cərrahi əməliyyat dəsti, manometrli oksigen balonu, təcili yardım dəsti, larinqoskop dəsti, oksigen borusu və maskaları, intubasiya borusu və köməkçi hava yolu cihazları kimi tibbi ləvazimatlarla da təmin olunub.Qeyd edək ki, mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yaradılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsiylə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məsləhətləşmələr aparmaq imkanı verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220527/prezident-ve-birinci-xanim-zengilanda-intensiv-meyve-bagi-ile-tanis-olublar-442308620.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1b/442311835_265:0:2996:2048_1920x0_80_0_0_f21905aa2812c275ed85ad057da75c31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəngilan, təbib
Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi öz işinə başlayıb.
BAKI, 27 may — Sputnik. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Mərkəzdə hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet fəaliyyət göstərir.
Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterilizator, portativ lampa, ekspress laborator test cihazları, aspiratorla təchiz olunub.
Eyni zamanda tibb məntəqəsi stomatoloji kreslo, portativ rentgen cihazı və alətlər, qanalma kreslosu, ginekoloji müayinə masası, əlil arabası, xərək, vaksin və dərmanlar üçün məlumat matris oxuyucusu, stetoskop, tonometr, otoskop, refleks çəkic, snellen göz qrafiki, oftalmoskop, kiçik cərrahi əməliyyat dəsti, manometrli oksigen balonu, təcili yardım dəsti, larinqoskop dəsti, oksigen borusu və maskaları, intubasiya borusu və köməkçi hava yolu cihazları kimi tibbi ləvazimatlarla da təmin olunub.
Qeyd edək ki, mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yaradılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsiylə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məsləhətləşmələr aparmaq imkanı verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.