Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiyanın mədəniyyət paytaxtı"nın təməlinin qoyulduğu gündür

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidRusiya şəhərləri, Sankt-Peterburq
Rusiya şəhərləri, Sankt-Peterburq - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Sank-Peterburq şəhərinin əsasının qoyulmasından 319 il keçir. Həmin şəhər Azərbaycan paytaxtının Qardaş Şəhərlər siyahısına daxildir.
BAKI, 27 may — Sputnik.Rusiya İmperatoru I Pyotrun fərmanı ilə 1703-cü ilin bu günü Neva çayı sahilində yeni bir şəhərin bünövrəsi qoyulub. Peterburqun inşası Rusiya imperatorunun strateji qərarı idi, çünki həmin dövrdə Rusiya ilə İsveç arasında müharibə yaşanırdı. Odur ki, Baltik dənizinə çıxış isveçlilər üzərində Rusiyanın gələcək zəfər üçün zəruri şərt idi.
Daha sonra Sankt-Peterburq Rusiyanın ən vacib şəhərinə çevrildi. Bu şəhərin quruluşu və çoğrafi mövqeyi sayəsində I Pyotr bir çox Avropa ölkəsi ilə ticarət və diplomatik əlaqələr qurmağı bacardı. Şəhərin adı ilk vaxtlarda Müqəddəs Pyotrun şərəfinə seçilib, lakin zaman keçdikcə onun banisinin adı ilə əlaqələndirilib.
Coğrafi olaraq Sankt-Peterburq Rusiya Federasiyasının şimal-qərbində, Neva çayının üzərində yerləşir. Bundan əlavə, şəhər Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanlığının olduğu əsas mərkəzlərdən biridir.
© © РИА Новости / Mediabanka keçidI Pyotr haqqında filmdən kadr
Кадр из кинофильма Сказ о том, как царь Петр арапа женил. 1976 г. Киностудия Мосфильм. Режиссер Александр Митта. В роли царя Петра - артист Алексей Петренко (слева), в роли арапа - артист Владимир Высоцкий - Sputnik Azərbaycan, 1920, 27.05.2022
I Pyotr haqqında filmdən kadr
Şəhərin adı bir neçə dəfə dəyişdirilib. Belə ki, şəhər əsası qoyulandan - 27 may 1703-cü ildən 1914-cü ilədək Sankt-Peterburq, 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad adlanıb, 1991-ci ildən yenidən öz əvvəlki adına qayıdıb.
Dünyanın ən zəngin muzeylərindən biri olan "Ermitaj" məhz sankt-Peterburq şəhərində yerləşir. Muzeyin 350 zalında 3 milyonadək eksponat var. Muzey ümumilikdə 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib.
"Ermitaj" fransız sözüdür, mənası tənhalıq, tənha yer deməkdir. Ermitaj muzeyinin yaranma tarixi 1764-cü ildən hesablanır.
Ermitajda şəhərin banisi olan I Pyotra həsr olunmuş xüsusi zal fəaliyyət göstərir. Burada I Pyotrun şəxsi əşyaları, portretləri, qızıl suyu ilə yazılmış qanunları, onlara bərkidilmiş tac və ikibaşlı qartal nümayiş olunur. Zalda italyan rəssamı Amikoni tərəfindən çəkilmiş portret də var. Həmin şəkildə I Pyotr dəniz və gəmilərin fonunda, qədim Romanın müharibə və müdriklik ilahəsi Minervanın müşayiətilə təsvir olunub.
© kudago.comErmitaj
Эрмитаж - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Ermitaj
Təəccüblü deyil ki, Sankt-Peterburq "Rusiyanın mədəniyyət paytaxtı" adlanır. Sankt-Peterburq təkcə “Rusiyanın mədəniyyət paytaxtı” deyil, həm də Avropanın Moskva və Londondan sonra 3-cü ən böyük şəhəridir.
Qeyd edək ki, Çar Rusiyası dövründə, hətta XX əsrin əvvəllərinə kimi Azərbaycanda sadə camaat arasında bu şəhərə "Fitilbörk" deyilib. Həmin ada "Molla Nəsrəddin" jurnalında, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun və s. yazıçıların əsərlərində rast gəlinir.
Qeyd edək ki, Azərbaycanın bir çox elm adamları bu şəhərdə yaşayıb, təhsil alıblar. Məsələn, 1849-cu ildə Mirzə Kazımbəy Peterburq universitetinə yenicə açılmış "Şərq dilləri" fakultəsinə dekan təyin olunub, 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edib.
Bundan əlavə başqa, tanınmış arxeoloq alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın antik dövr arxeologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor İlyas Babayev də məhz bu şəhərdə təhsil alıb.
Onu da qeyd edək ki, sözügedən şəhər Bakının Qardaş Şəhərlərindən sayılır. 1978-ci ildən Bakı Ümumdünya Qardaş Şəhərlər Federasiyasının (hazırda - "Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər" Ümumdünya Təşkilatı) üzvüdür.
Azərbaycanın paytaxtının artıq iyirmi qardaş şəhəri var. Onların coğrafiyası dünyanın demək olar ki, bütün regionlarını əhatə edir və həm böyük şəhərləri, həm də rayon mərkəzlərini əhatə edir. Bakının ilk əkizləri isə yarım əsr əvvəl Atlantik okeanının sahillərində peyda olub.
Bunlara Sankt-Peterburq, Helsinki, Kiyev, İzmir, Bəsrə, Təbriz, Ciddə, Amman, Vunqtau, Mayns, Sarayevo, Neapol, Bordo, London, Dakar, Rio-de-Janeyro, Vaşinqton, Hyuston, Honolulu, Tbilisi daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0