Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrovdan NATO-nun iştirakı ilə Ukrayna üzrə işçi qrupunun yaradılmasına münasibət

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın əvvəlcə irəli sürdüyü konsepsiyanın müddəalarını açıqlayıb.
BAKI, 27 may — Sputnik. Kiyev əvvəl irəli sürdüyü konsepsiyadan uzaqlaşır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin iştirakı ilə Ukrayna üzrə "işçi qrupu"nun yaradılması ideyasını şərh edərkən bildirib.
Lavrov xatırladıb ki, Ukrayna tərəfinin irəli sürdüyü ilkin konsepsiya Ukraynanın bloklara qoşulmamaq, nüvə silahına malik olmamaq və neytral statusa zəmanət vermək öhdəliklərini özündə əks etdirən vahid sazişdən ibarət idi.
Konsepsiyada həm də zamin olan ölkələr tərəfindən Ukraynanın, Rusiyanın və bu regionun digər ölkələrinin təhlükəsizlik maraqlarını tam nəzərə almaqla, Ukraynaya müəyyən təminatlar vermək müddəası da var idi.
"İndi, dediyim kimi, Kiyev bu konsepsiyadan uzaqlaşır. Rasmussen Ukrayna rejiminin Qərb sponsorlarının dar bir dairəsində bəzi zəmanətlər vermək üçün çağırılıbsa və sonra bu Rusiyaya təqdim etməyə çalışılırsa, bu artıq çıxılmaz bir yoldur", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri RT Arabic-ə müsahibəsində bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 26.05.2022
RUSİYA
Putin: Böyük Avrasiya, mübaliğəsiz, böyük sivilizasiya layihəsidir"
Xəbər lenti
0