Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir - Bayraktar

© Photo : Facebook / Selçuk BayraktarBayraktar
Bayraktar - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
Bayraktar gənclərə nəsihət verərək qeyd edib ki, bu gün ölkələr müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalıdır.
BAKI, 26 may — Sputnik. "Tək millət, iki dövlət" olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib.
Bunu Bakıda keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışında “Teknofest” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar deyib.
O tarixi əlaqələrdən danışaraq bildirib ki, 1918-ci ildə Azərbaycana dəstək göstərən Qafqaz İslam Ordusu və Qarabağa xidmət edən türk mühəndisləri eyni amala, eyni məqsədə xidmət edirlər: "Ürəyimizdə bir zaman yara olan Qarabağ həm də bizim qardaşlığımızın zirvəsidir".
“Bizim qardaşlığımız dəfələrlə sınaqlardan keçib. İki dövlət olaraq könül bağlarımız daha da güclənib. Azərbaycanda gözəl bir atalar sözü var: “Dost dar gündə tanınar”. Biz hər zaman dar gündə də, şad gündə də bir yerdə olduq. Son günümüzədək də bir arada olmağa davam edəcəyik”, - deyə Səlcuq Bayraktar bildirib.
“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı gənclərə nəsihət verərək qeyd edib ki, bu gün ölkələr müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalıdır. Gənclər bu istiqamətdə özlərini inkar etdirməli, bilik və bacarıqlarını daim artırmalıdır.
Qeyd edək ki, bu gün Bakıda "Teknofest-Azərbaycan" festivalına start verilib. Festival mayın 29-dək keçiriləcək. Festival çərçivəsində çoxsaylı müsabiqələrin təşkili nəzərdə tutulub. Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, Pilotsuz Uçan Aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz layihələrini təqdim edəcəklər. Avropa Kuboku Roket Liqası Oyunu ilə yerli startapları xarici investorlarla bir araya gətirəcək “Take Off Azərbaycan Startap Zirvəsi” də bu il keçiriləcək tədbirlər sırasında yer alır.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Türk hava güvvələrinə məxsus qırıcı təyyarələr - Sputnik Azərbaycan, 1920, 26.05.2022
PAYTAXT XƏBƏRLƏRİ
"Teknofest-Azərbaycan" festivalına start verilib
Xəbər lenti
0