https://sputnik.az/20220526/onlar-hec-yere-getmediler-severodonetsk-yaxinliginda-bas-verenler-442252243.html
"Onlar heç yerə getmədilər". Severodonetsk yaxınlığında baş verənlər
"Onlar heç yerə getmədilər". Severodonetsk yaxınlığında baş verənlər
Sputnik Azərbaycan
Qonşu Starobelsk şəhərində qaçqınlar üçün müvəqqəti yerləşdirmə məntəqəsi yaradılıb. Şəhər əhalisinin əksəriyyəti ora gedib, bəziləri yaxın kəndlərdəki... 26.05.2022, Sputnik Azərbaycan
2022-05-26T09:01+0400
2022-05-26T09:01+0400
2022-05-26T09:01+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
qoşunlar
qəbir
əhali
kənd
şəhər
sakin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441292210_0:169:3079:1900_1920x0_80_0_0_671bf9b3dc00d975d63c964fe471d246.jpg
BAKI, 26 may — Sputnik. Dağıdılmış binalar, partlamamış mərmilər, qəlpələrlə dolu həyətlər - bu yaxınlarda “LXR” qüvvələri Rusiya qoşunlarının dəstəyi ilə xəritədə strateji əhəmiyyətli nöqtə olan Rubejnanı aldılar. Cəbhə xəttinə 3 kilometr və atışma davam edir. Şəhərdəki vəziyyət və sakinlərin əhval-ruhiyyəsi barədə RİA Novosti-nin reportajında."Bir vaxtlar nüfüzlü rayon"Qırxıncı illərin sonlarında alman və italyan əsirləri tərəfindən tikilmiş Pobediteley prospekti demək olar ki, yer üzündən tamamilə silinib. Yalnız “Xilaskar əsgərlər” abidəsi və Pionerlər Sarayı salamat qalıb."Bu, ən nüfuzlu rayonlardan biri idi - geniş mənzillər, hündür tavanlar, park, atraksionlar, çoxlu yaşıllıq. İndi isə hər tərəf xarabalıqdır, indi orada pərişan halda olan itlər və pişiklər qaçışır. Bəzilərinin pəncələri qəlpələrdən zədələnib. Biz onları yedirtməyə və müalicə etməyə çalışırıq”, - deyə yerli sakin Tatyana bildirib.Qonşu Xmelnitski küçəsindəki həyətdə möcüzəvi şəkildə dağılmamış göyərçin damı var."Müharibədən əvvəl mənim 150 quşum var idi, indi isə cəmi bir neçə quşum qalıb" - deyən təqaüdçü Valentina çörəyi xırdalayaraq deyir: "Keçən gün mən onları yedizdirəndə Ukrayna tərəfindən mərmi atıldı. Mən özümü aşağı çatdıra bildim, mərmi sözün əsl mənasında başımın üstündə fit çaldı və hətta onun qələsi papağıma toxundu” .On metr məsafədə beş təzə qəbir var. Birində dörd nəfər basdırılıb: 10 və 11 yaşlı iki uşaq, bir kişi və bir yaşlı qadın. Həlak olan uşaqları tənha anaları böyütmüşdü. Aprelin ortaları idi ana su almağa gedərdəndə qonşularından uşaqlarına baxmasını xahiş edib. Çox keçməyib ki, məhəllə atəşə tutulub, mərmi birbaşa mənzilə düşüb. Digər qonşular da qəbir qazıb bütün cəsədləri eyni yerdə basdırıblar.“Uşaqların anası isə heç geri qayıtmadı. Onun taleyi haqqında hələ də heç nə məlum deyil. Çox güman ki, o da artilleriya atəşinə düşüb”, - deyə eyni binada yaşayan Olesya bildirib.Şəhər əhalisinin əksəriyyəti qaçqınlar üçün müvəqqəti yerləşdirmə məntəqəsinin yaradıldığı qonşu Starobelsk şəhərinə gedib. Bəziləri yaxın kəndlərə dostlarının və qohumlarının yanına köçüblər."Döyüş zamanı onlar gəlib məni evimdən qovdular və orada atəş nöqtəsi yaratdılar. Onlar noutbukumu götürdülər, mənə də bildirdilər ki, rusiyalılara bələdçilik etməyimdən şübhələnirlər. Ancaq mənə elə gəlir ki, onlar soyğunçudular. Onlar sadəcə olaraq istədiklərini edirlər, qarajların qapılarını sındıraraq avtomobilləri oğurlayırdılar”, - deyə Rubejnoye sakini Gennadi xatırlayır.Tərk edilmiş mövqelərPobediteley prospektində, yanğınsöndürmə xidmətinin keçmiş binasında Ukrayna Silahlı Qüvvələrinin bir hissəsi yerləşmişdi. Geniş həyət yanmış hərbi texnika ilə doludur. Kərpicdən tikilmiş iki mərtəbəli bina yarı uçqun vəziyyətdədir.Əsas girişin yanında qum torbalarından uzunmüddətli atəş nöqtəsi yaradıblar. Birinci mərtəbənin divarlarında “milli qəhrəmanların” qalereyası var, daha doğrusu, ondan qalanlar. Elə həmin yerdə "Pravoslav döyüşçüsünün dua” kitabı və "Şəxsiyyət, döyüşçü, bələdçi" broşürü atılmış vəziyyətdə qalıb - bu Stepan Bandera haqqındadır.Yerin dərinliyində isə bomba sığınacağı var. Burada çoxlu dəhlizlər və otaqlar: duş otaqları, tualetlər, anbarlar, yataq otaqları yerləşir. Döşəmədə hələ də sovet dövründən qalma əlehqazlar və zəhərli maddələrlə dolu ampulalar olan açıq qutular var. Üzərində tarix kimi 1961-ci il qeyd olunub. Hər yerdə ərzaq və paltarlar var. Onlar geri çəkilərkən son günlərini burada keçiriblər. Buradan çıxdıqda isə çıxışları minalayıblar.Yeraltı dəhlizlər, çox güman ki, “Krasitel” kimya zavodunun ərazisi də daxil olmaqla, hərbi hissədən xeyli kənara gedib çıxır."Rubejnayada bir neçə iri sənaye müəssisəsi var. Hər birinin altında labirintlər mövcuddur. Məsələn, "Zarya" kombinatından şəhərin kənarındakı meşəyə asanlıqla qaçmaq mümkündür”, - deyə yerli sakin Andrey deyir.Dinc əhaliyə atəş açmaqMəhz “Zarya” Rubejnayada Ukrayna qoşunlarının son möhkəmləndikləri ərazi oldu. İndi onlar buradan üç kilometr aralıda olan Severodonetskdədirlər. Mövqeləri təpədə yerləşir. Oradan şəhər tam görünür."Onlar dinc əhaliyə də atəş açırlar. Nə səbəbə görə olduğunu anlamıram. Mən hətta su üçün iki yüz metr piyada getməyə belə qorxuram. Humanitar yardım haqqında isə heç danışmıram”, - deyə Andrey qeyd edir.Humanitar yardımı 7-ci mikrorayonda paylayırlar. Ərzaqları ancaq oradan əldə etmək olar, mağazalar çoxdan bağlanıb."Dünən yaxınlıqda döyüş gedirdi, sonra isə mərmi düşdü. Ola bilsin ki, onlar komendantlığı hədəfə alırdılar, ya da həmişə olduğu kimi təsadüfi atırdılar", - deyə ordudan ehtiyata buraxılmış yerlilər bildirirlər.Atışmalar dayanmır. Ötən həftələrdə uşaqlar da daxil olmaqla, bir çox insan həlak olub. Demək olar ki, hər gün yaralananlar olur - əsasən də mülki şəxslər arasında.Ötən gün minanın qəlpələri yaxınlıqda yaşayan Borisin mənzilinə düşdü. Minanın qəlpəsi qapıda ilişib qalıb. Partlayış elə həyətin ortasında baş verib. Hərçənd ki, burada çoxdandır hərbçilər yoxdur. Amma deyəsən bu ukraynalı hərbçilərin vecinə deyil.Məhəllədəki şəxsi mülklər Ukrayna artilleriyası tərəfindən tamamilə dağıdılıb. Borisin sözlərinə görə, orada da çox sayda dinc insan həlak olub.Çətin vəziyyətə baxmayaraq, Rubejnoyeyə getdikcə daha çox humanitar yardım gəlir. Şəhər əhalisi yavaş-yavaş geri qayıdır. Onlar öz evlərinin daha yaxşı olduğunu deyirlər. Və qeyd edirlər ki, ən çətini artıq geridə qalıb.RİA Novosti, Viktor Zvantsev.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441292210_0:0:2731:2048_1920x0_80_0_0_914682e2177f02699cd2f9117b6cb276.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, qoşunlar, qəbir, əhali, kənd, şəhər, sakin
ukrayna, qoşunlar, qəbir, əhali, kənd, şəhər, sakin
"Onlar heç yerə getmədilər". Severodonetsk yaxınlığında baş verənlər
Qonşu Starobelsk şəhərində qaçqınlar üçün müvəqqəti yerləşdirmə məntəqəsi yaradılıb. Şəhər əhalisinin əksəriyyəti ora gedib, bəziləri yaxın kəndlərdəki dostlarının və qohumlarının yanına köçüblər.
BAKI, 26 may — Sputnik. Dağıdılmış binalar, partlamamış mərmilər, qəlpələrlə dolu həyətlər - bu yaxınlarda “LXR” qüvvələri Rusiya qoşunlarının dəstəyi ilə xəritədə strateji əhəmiyyətli nöqtə olan Rubejnanı aldılar. Cəbhə xəttinə 3 kilometr və atışma davam edir. Şəhərdəki vəziyyət və sakinlərin əhval-ruhiyyəsi barədə RİA Novosti-nin reportajında.
"Bir vaxtlar nüfüzlü rayon"
Qırxıncı illərin sonlarında alman və italyan əsirləri tərəfindən tikilmiş Pobediteley prospekti demək olar ki, yer üzündən tamamilə silinib. Yalnız “Xilaskar əsgərlər” abidəsi və Pionerlər Sarayı salamat qalıb.
"Bu, ən nüfuzlu rayonlardan biri idi - geniş mənzillər, hündür tavanlar, park, atraksionlar, çoxlu yaşıllıq. İndi isə hər tərəf xarabalıqdır, indi orada pərişan halda olan itlər və pişiklər qaçışır. Bəzilərinin pəncələri qəlpələrdən zədələnib. Biz onları yedirtməyə və müalicə etməyə çalışırıq”, - deyə yerli sakin Tatyana bildirib.
Qonşu Xmelnitski küçəsindəki həyətdə möcüzəvi şəkildə dağılmamış göyərçin damı var.
"Müharibədən əvvəl mənim 150 quşum var idi, indi isə cəmi bir neçə quşum qalıb" - deyən təqaüdçü Valentina çörəyi xırdalayaraq deyir: "Keçən gün mən onları yedizdirəndə Ukrayna tərəfindən mərmi atıldı. Mən özümü aşağı çatdıra bildim, mərmi sözün əsl mənasında başımın üstündə fit çaldı və hətta onun qələsi papağıma toxundu” .
On metr məsafədə beş təzə qəbir var. Birində dörd nəfər basdırılıb: 10 və 11 yaşlı iki uşaq, bir kişi və bir yaşlı qadın. Həlak olan uşaqları tənha anaları böyütmüşdü. Aprelin ortaları idi ana su almağa gedərdəndə qonşularından uşaqlarına baxmasını xahiş edib. Çox keçməyib ki, məhəllə atəşə tutulub, mərmi birbaşa mənzilə düşüb. Digər qonşular da qəbir qazıb bütün cəsədləri eyni yerdə basdırıblar.
“Uşaqların anası isə heç geri qayıtmadı. Onun taleyi haqqında hələ də heç nə məlum deyil. Çox güman ki, o da artilleriya atəşinə düşüb”, - deyə eyni binada yaşayan Olesya bildirib.
Şəhər əhalisinin əksəriyyəti qaçqınlar üçün müvəqqəti yerləşdirmə məntəqəsinin yaradıldığı qonşu Starobelsk şəhərinə gedib. Bəziləri yaxın kəndlərə dostlarının və qohumlarının yanına köçüblər.
"Döyüş zamanı onlar gəlib məni evimdən qovdular və orada atəş nöqtəsi yaratdılar. Onlar noutbukumu götürdülər, mənə də bildirdilər ki, rusiyalılara bələdçilik etməyimdən şübhələnirlər. Ancaq mənə elə gəlir ki, onlar soyğunçudular. Onlar sadəcə olaraq istədiklərini edirlər, qarajların qapılarını sındıraraq avtomobilləri oğurlayırdılar”, - deyə Rubejnoye sakini Gennadi xatırlayır.
Pobediteley prospektində, yanğınsöndürmə xidmətinin keçmiş binasında Ukrayna Silahlı Qüvvələrinin bir hissəsi yerləşmişdi. Geniş həyət yanmış hərbi texnika ilə doludur. Kərpicdən tikilmiş iki mərtəbəli bina yarı uçqun vəziyyətdədir.
Əsas girişin yanında qum torbalarından uzunmüddətli atəş nöqtəsi yaradıblar. Birinci mərtəbənin divarlarında “milli qəhrəmanların” qalereyası var, daha doğrusu, ondan qalanlar. Elə həmin yerdə "Pravoslav döyüşçüsünün dua” kitabı və "Şəxsiyyət, döyüşçü, bələdçi" broşürü atılmış vəziyyətdə qalıb - bu Stepan Bandera haqqındadır.
Yerin dərinliyində isə bomba sığınacağı var. Burada çoxlu dəhlizlər və otaqlar: duş otaqları, tualetlər, anbarlar, yataq otaqları yerləşir. Döşəmədə hələ də sovet dövründən qalma əlehqazlar və zəhərli maddələrlə dolu ampulalar olan açıq qutular var. Üzərində tarix kimi 1961-ci il qeyd olunub. Hər yerdə ərzaq və paltarlar var. Onlar geri çəkilərkən son günlərini burada keçiriblər. Buradan çıxdıqda isə çıxışları minalayıblar.
Yeraltı dəhlizlər, çox güman ki, “Krasitel” kimya zavodunun ərazisi də daxil olmaqla, hərbi hissədən xeyli kənara gedib çıxır.
"Rubejnayada bir neçə iri sənaye müəssisəsi var. Hər birinin altında labirintlər mövcuddur. Məsələn, "Zarya" kombinatından şəhərin kənarındakı meşəyə asanlıqla qaçmaq mümkündür”, - deyə yerli sakin Andrey deyir.
Məhz “Zarya” Rubejnayada Ukrayna qoşunlarının son möhkəmləndikləri ərazi oldu. İndi onlar buradan üç kilometr aralıda olan Severodonetskdədirlər. Mövqeləri təpədə yerləşir. Oradan şəhər tam görünür.
"Onlar dinc əhaliyə də atəş açırlar. Nə səbəbə görə olduğunu anlamıram. Mən hətta su üçün iki yüz metr piyada getməyə belə qorxuram. Humanitar yardım haqqında isə heç danışmıram”, - deyə Andrey qeyd edir.
Humanitar yardımı 7-ci mikrorayonda paylayırlar. Ərzaqları ancaq oradan əldə etmək olar, mağazalar çoxdan bağlanıb.
"Dünən yaxınlıqda döyüş gedirdi, sonra isə mərmi düşdü. Ola bilsin ki, onlar komendantlığı hədəfə alırdılar, ya da həmişə olduğu kimi təsadüfi atırdılar", - deyə ordudan ehtiyata buraxılmış yerlilər bildirirlər.
Atışmalar dayanmır. Ötən həftələrdə uşaqlar da daxil olmaqla, bir çox insan həlak olub. Demək olar ki, hər gün yaralananlar olur - əsasən də mülki şəxslər arasında.
Ötən gün minanın qəlpələri yaxınlıqda yaşayan Borisin mənzilinə düşdü. Minanın qəlpəsi qapıda ilişib qalıb. Partlayış elə həyətin ortasında baş verib. Hərçənd ki, burada çoxdandır hərbçilər yoxdur. Amma deyəsən bu ukraynalı hərbçilərin vecinə deyil.
Məhəllədəki şəxsi mülklər Ukrayna artilleriyası tərəfindən tamamilə dağıdılıb. Borisin sözlərinə görə, orada da çox sayda dinc insan həlak olub.
Çətin vəziyyətə baxmayaraq, Rubejnoyeyə getdikcə daha çox humanitar yardım gəlir. Şəhər əhalisi yavaş-yavaş geri qayıdır. Onlar öz evlərinin daha yaxşı olduğunu deyirlər. Və qeyd edirlər ki, ən çətini artıq geridə qalıb.
RİA Novosti, Viktor Zvantsev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.