Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Novak Rusiyanın LNG istehsalı ilə bağlı hədəflərini açıqlayıb

© AP Photo / Murad SezerLNG
LNG  - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiyanın 2035-ci ilə qədər enerji strategiyasının son variantında LNG istehsalının 80-140 milyon tona çatdırılması nəzərdə tutulurdu.
BAKI, 26 may — Sputnik. Rusiya 2035-ci ilə qədər enerji strategiyasında mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını 80-140 milyon tona çatdırmaq planlarını qoruyur. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, eyni zamanda, ölkə yalnız Rusiya texnologiyalarının istifadəsinin azaldılmasını nəzərə alaraq iqtisadi inkişaf proqramlarını yerinə yetirmək iqtidarındadır.
"Biz hələ də LNG istehsalı hədəfini tənzimləmirik. Bunların Rusiya texnologiyaları ilə olacağını nəzərə alaraq strategiyamızda olan rəqəmlərə nail olmaq üçün çalışırıq. Buna uyğun olaraq, Rusiya texnologiyalarının inkişafı proqramı qəbul edilib, əminəm ki, bu həyata keçiriləcək, çətin bir şey yoxdur".
Rusiyanın 2035-ci ilə qədər enerji strategiyasının son variantında LNG istehsalının 80-140 milyon tona çatdırılması nəzərdə tutulurdu.
Digər sənəddə, 2035-ci ilə qədər LNG inkişaf proqramında, mövcud layihələrin gücü 27,66 milyon ton, tikilməkdə olan - 21,3 milyon ton, ehtimal edilən - 62-63 milyon ton, mümkün - 25,2 milyon ton, potensialın - 131,3 -147,3 milyon ton olduğu bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0