Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Rusiya neftindən imtina Aİ üçün intihara bərabər olacaq

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidБрифинг официального представителя МИД России М. Захаровой
Брифинг официального представителя МИД России М. Захаровой - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Aİ-nin Rusiya neftindən imtina etməsi kollektiv intihara bərabərdir.
BAKI, 25 may — Sputnik. Aİ-nın Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanması çərçivəsində ABŞ-ın təzyiqi altında Rusiya neftindən imtina etməsi Aİ ölkələri üçün intihara bərabər olacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Rusiya neftindən imtina etsələr, bu, Avropa İttifaqı üçün əsl intihar olacaq. Bunu başa düşmək lazımdır. Bu, intihara meyldir. Yalnız düşüncəsi olmayan insanlar bunu özlərinə rəva görə bilərlər. Aİ-də isə ekspertlər və ekspertiza var. Onlar yaxşı bilirlər ki, bu, kollektiv intihardır", - deyə Zaxarova Sputnik radiosunun efirində bildirib.
Daha əvvəl Financial Times qəzeti yazıb ki, Macarıstanın baş naziri Viktor Orban Avropa Şurasının sədri Çarlz Mişelə yazılı şəkildə ölkəsinin Rusiya neftindən imtina edəcəyi təqdirdə Budapeştə kömək üçün maliyyə vəsaiti ilə bağlı ətraflı məlumat verilməyənə qədər sanksiyaları dəstəkləyə bilməyəcəyini bildirib. O, yaxın günlərdə Aİ-nın Rusiya neftinə embarqo qoyulması ilə bağlı razılığa gəlməsinin "az ehtimal edildiyini" deyib.
Aİ ölkələri Ukraynadakı vəziyyətə görə Rusiya Federasiyasına qarşı ardıcıl olaraq beş sanksiya paketi tətbiq ediblər. Qarşıdan gələn altıncı paketin bir hissəsi olaraq, Aİ Rusiya neftindən imtina etmək imkanını nəzərdən keçirir. Birliyin bəzi ölkələri, xüsusən də Macarıstan bu addımın öz iqtisadiyyatlarına mənfi təsirindən ehtiyat edərək onun qəbuluna mane olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0