Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynaya məxsus Mi-8 helikopteri vurulub - Rusiya MN

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Ukraynaya məxsus Bayraktar TB2 daxil olmaqla 11 pilotsuz uçuş aparatı vurulub.
BAKI, 25 may — Sputnik. Rusiya Silahlı Qüvvələri Zaporojyedə yerləşən "Motor siç" zavodunun istehsal sexlərini yüksək dəqiqliyə malik dəniz və havadan atılan raketlərlə vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
"Zaporojye şəhərində yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz raketləri Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası üçün aviasiya mühərrikləri, o cümlədən pilotsuz uçuş aparatları istehsal edən "Motor siç" zavodunun istehsal sexlərini məhv edib", - deyə Konaşenkov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, Ukrayna qrupunu gücləndirmək üçün Donbasa gedən Ukrayna Silahlı Qüvvələrinin ehtiyat hissələri də Pokrovskoye dəmir yolu stansiyası yaxınlığında zərərsizləşdirilib.
Konaşenkov bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Nikolaev vilayətində Ukraynaya məxsus Mi-8 helikopterini və biri Bayraktar TB2 daxil olmaqla 11 pilotsuz uçuş aparatını vurub.
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Quru Qoşunlarının raket qoşunları və artilleriyası gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 500-ə yaxın hədəfini vurub.
"Raket qoşunları və artilleriya qurğuları Ukrayna Silahlı Qüvvələrinin 51 komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 385 ərazini, həmçinin atəş mövqelərindəki 53 artilleriya və minaatan bölməsini vurub", - deyə Konaşenkov bildirib.
Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli havadan buraxılan raketlərlə 14-cü mexanikləşdirilmiş briqadanın komanda məntəqəsini, rabitə mərkəzini, Ukrayna Silahlı Qüvvələrinin radiotexnika mərkəzini və iki hava hücumundan müdafiə radar postunu vurub:
"Gün ərzində yüksək dəqiqlikli havadan buraxılan raketlər üç komanda məntəqəsini, o cümlədən 14-cü mexanikləşdirilmiş briqadanın komanda məntəqəsini və Vrubovka və Baxmut bölgələrindəki rabitə məntəqəsini, Nikolayev vilayətinin Dneprovskoye rayonunda Ukrayna Silahlı Qüvvələrinin radiotexnika mərkəzini vurub".
Həmçinin onun sözlərinə görə, Soledar rayonunda 72-ci motoatıcı briqadasının maddi-texniki təchizat mərkəzi, Xarkov vilayətində iki yanacaq bazası, Baxmut kəndi yaxınlığındakı anbar bazasında iki hava hücumundan müdafiə radar postu və hərbi texnika və 16 cəmləşmə zonası və Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikası vurulub.
Konaşenkov bildirib ki, Rusiya Federasiyasının ordusu və taktiki aviasiyası Ukraynanın iki silah anbarını, bir qərargahını və canlı qüvvə və texnikanın cəmləşdiyi 46 ərazini vurub. "Əməliyyat-taktiki və ordu aviasiyası Xarkov vilayətinin Dolina və Nikolayev vilayətinin Posad-Pokrovskoye yaşayış məntəqələri ərazilərində iki raket-artilleriya silahı və döyüş sursatı anbarını, Soledar qəsəbəsindəki ərazi müdafiə qərargahını, eləcə də canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 46 obyekti vurub", - deyə o bildirib.
Konaşenkovun sözlərinə görə, hava zərbələri nəticəsində 300-dən çox millətçi və 46 hərbi texnika məhv edilib. General həmçinin bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri 1006 pilotsuz uçuş aparatını, həmçinin 178 təyyarə və 126 helikopteri məhv edib:
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 178 təyyarə, 126 helikopter, 1006 pilotsuz uçuş aparatı, 322 zenit-raket kompleksi, 3258 tank və digər zirehli döyüş texnikası, 430 reaktiv yaylım atəşi sistemi, 1671 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3155 ədəd xüsusi təyinatlı hərbi maşın".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0