Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin keçidini təmin etməyə hazırdır

© Depositphotos.com / Genasonliman
liman - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
Andrey Rudenko Rusiyanın, gəmilərin çıxması üçün humanitar dəhliz verməyə hazır olduğunu söyləyib. O Ukrayna ilə danışıqlar prosesindən də söz açıb.
BAKI, 25 may — Sputnik. Zelenskinin Moskva ilə danışıqların yalnız Rusiya fevralın 24-dək olan mövqelərinə qayıtdıqdan sonra bərpa olunacağı ilə bağlı bəyanatı Kiyevin sülh yolu ilə həll tapmaq istəyinin səmimiliyinə şübhə yaradır.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Bu baxımdan, Zelenskinin bəyanatını çətin ki, konstruktiv qiymətləndirə bilək. Xatırlatmaq istərdim ki, Ukrayna xüsusi hərbi əməliyyatın başladığı ilk gündən danışıqlarda fəal iştirak edib və heç bir şərt qoymayıb. Əgər onlar indi burada şərtlər qoyurlarsa, bu, onların sülh yolu ilə həll tapmaq istəyinin səmimiliyinə bizdə şübhə yaradır", - rusiyalı diplomat vurğulayıb.
O bildirib ki, ərzaq probleminin həlli limanların yaxınlığındakı akvatoriyanın Ukrayna tərəfindən təmizlənməsini tələb edir. Rusiya gəmilərin çıxması üçün humanitar dəhliz verməyə hazırdır.
"Ərzaq probleminin həlli kompleks yanaşma tələb edir, o cümlədən Rusiyanın ixracına və maliyyə əməliyyatlarına tətbiq edilən sanksiya məhdudiyyətlərinin aradan qaldırılmasını, Ukraynadan gəmilərin yanaşdığı bütün limanları təmizləməyi tələb edir. Rusiya hər gün etdiyi lazımi humanitar keçidi təmin etməyə hazırdır", - deyə Rusiya XİN başçısının müavini söyləyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0