Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Media tərəfsiz, qərəzsiz və obyektiv ola bilərmi? - Təcrübəli jurnalistlərin baxışı

© AFP 2024 / LOUAI BESHARAJurnalist, arxiv şəkli
Jurnalist, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
Media mütəxəssisləri hesab edirlər ki, münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin hazırladıqları informasiyalar obyektivlik baxımından dəyərləndirilməlidir.
BAKI, 25 may — Sputnik. Mayın 25-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Gələcəyə Baxış" Avropa İnteqrasiya İctimai Birliyinin təşkilatçılığı ilə "Konflikt və postkonflikt ölkələrin media qurumlarının və jurnalistlərinin İnformasiya Şəbəkəsi" layihəsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən AZTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru Almaz Mahmud bildirib ki, jurnalistlər ölkə ilə bağlı informasiyaları təqdim edən əsas şəxslərdir. Onların bir şəbəkədə birləşməsi informasiyaların effektiv təqdim edilməsi baxımından əhəmiyyətlidir.
© Sputnik / Nigar IskanderovaAlmaz Mahmud – AZTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru
Almaz Mahmud – AZTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Almaz Mahmud – AZTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru
Almaz Mahmud dünyada jurnalistlərin şəbəkələrinin qurulması ilə bağlı uğurlu təcrübələri xatırladaraq deyib:

"Biz də dünya təcrübəsi əsasında belə bir şəbəkə yaratmışıq. Azərbaycan postkonflikt ölkəsi olsa da, dünyada hələ də davam edən münaqişələr mövcuddur. Bizim 44 günlük Vətən müharibəsi dövründə jurnalistlərimizin peşəkarlığı ilə yanaşı, bəzi qeyri-peşəkar davranışlarını da gördük. Konflikt zonasında fəaliyyət göstərən jurnalistin təhlükəsizliyi ilk sırada dayanmalıdır. Amma bəzi həmkarlarımızın arasında özünü bilərəkdən təhlükəyə atanların da olduğunu gördük. Onlar bununla qürur duyurlar, ancaq kodeksə görə onlar həyatlarını təhlükəyə atmamalıdırlar".

Almaz Mahmudun sözlərinə görə, bu şəbəkənin yaradılması həm də Azərbaycanın tanıdılması istiqamətində atılmış addım hesab edilə bilər. Şəbəkənin effektiv fəaliyyətinin təmin edilməsi, əhatə dairəsinin genişlənməsi üçün çox böyük vaxt tələb olunur: "Bu layihə iki aylıqdır, amma düşünürəm ki, davam etdirilməlidir".
"Ethnoglobus.az" saytının rəhbəri Gülnarə İnanc bildirib ki, ümumiyyətlə media müstəvisində etnik və dini mövzular xüsusi həssaslıq tələb edir:

"Mən özüm konflikt jurnalistikası sahəsində uzun illər fəaliyyət göstərmişəm. Hələ 90-cı illərdə jurnalistlər münaqişə zonalarında təhlükələrlə üz-üzə qalırdılar. O dövrdə jurnalistlər girov götürülürdü və pul müqabilində azad olunurdu. Bütün təhlükələrə baxmayaraq, bizim üçün əsas informasiyanın əldə olunması idi. Amma bununla belə, münaqişə zonasından verilən informasiyaların lazımlılığı nəzərə alınmalıdır. Bu gün belə şəbəkənin mövcud olması və onun genişləndirilməsi xüsusi önəm kəsb edir".

Tədbirə onlayn formatda qatılan türkiyəli jurnalist Əmrah Alparslan bildirib ki, münaqişə zonalarından jurnalistlərin verdiyi informasiyaların obyektivliyi önəmli məsələdir. Onun sözlərinə görə, bu baxımdan həmin zonalarda tərəfsiz jurnalistlərin hazırladığı materiallar daha çox diqqət mərkəzində olur. Ona görə də münaqişə zonasında hazırlanmış informasiyanın obyektiv və tərəfsiz olmasına diqqət yetirilməlidir.
© Sputnik / Nigar IskanderovaGülnarə İnanc – "Ethnoglobus.az" saytının rəhbəri
Gülnarə İnanc – Ethnoglobus.az saytının rəhbəri - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Gülnarə İnanc – "Ethnoglobus.az" saytının rəhbəri
Sputnik Azərbaycan informasiya agentliyinin redaktoru Ülkər Abdullayeva da münaqişə zonasında jurnalistlərin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, bu gün dünyanın bir sıra nöqtələrində qaynar münaqişə ocaqları mövcuddur və orada işləyən jurnalistlərin fəaliyyətini düzxətli qiymətləndirmək olmaz. Konflikt bölgəsində çalışan jurnalistlər əsasən 3 kateqoriyadan olur: münaqişə tərəfləri olan ölkələrin jurnalistləri, münaqişədə marağı olan ölkələrdən olan jurnalistlər və münaqişəyə bitərəf qalan ölkələrin jurnalistləri. Üçüncülər konflikt jurnalistikasının fundamental qaydalarına daha yaxın fəaliyyət göstərənlərdir. Onlar gördüklərini olduğu kimi publikaya çatdırmağa çalışırlar və buna obyektivlik deyilir. İkincilər öz ölkələrinin siyasi maraqlarından çıxış edirlər və faktları saxtalaşdırmağa meyllidirlər. Birincilər isə əsasən proseslərə subyektiv yanaşır və informasiyaları öz ölkələrinin maraqlarına uyğun şəkildə təqdim edirlər. Onların informasiyaları, məqalələri əsasən təbliğat və propaqanda xarakteri daşıyır.
© Sputnik / Nigar IskanderovaTədbir zamanı
Tədbir zamanı - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Tədbir zamanı
"Münaqişə sadəcə hərbi müstəvidə qalmır, həm də informasiya cəbhəsində aparılır. Biz hazırda dünyanın inkişaf etmiş ölkələrinin media orqanlarının hazırladıqları materiallara diqqət yetirdikdə, onların da bu savaşın iştirakçısına çevrildiyini görürük. II Qarabağ müharibəsinin gedişində hətta münaqişədə tərəf olmayan 3-cü ölkələrin jurnalistlərinin belə qeyri-obyektiv yanaşmalarının şahidi olurduq. Bunu adi Qərb jurnalistlərinin prezident İlham Əliyevə verdikləri qərəzli, məqsədyönlü, birtərəfli suallardan da görmək mümkün idi. Münaqişəli ölkələrin jurnalistlərinin tərəfsiz olması çətindir. Amma obyektiv olması mümkündür. Onlar mövqe ortaya qoymadan gördüklərini yaza bilərlər. Lakin indi dünyada jurnalistikanın fundamental qaydalarından uzaqlaşmanı görürük. Jurnalistlər daha çox öz ölkələrinin siyasi maraqlarından çıxış edirlər. Təəssüf ki, müasir dövrdə medianın tərəfsizlik, qərəzsizlik və obyektivlik kimi tələblərini yerinə yetirmək mümkün deyil. Bu gün azadlıqlar ölkəsi sayılan ABŞ-də belə media tam azad deyil. İnformasiyalar daha çox rəsmi Vaşinqtonun maraqlarına uyğun şəkildə yayılır".
Postmünaqişə dövründə jurnalistlərin informasiya şəbəkəsi qurmasına gəlincə, Ü.Abdullayeva hesab edir ki, Azərbaycan şərtlərində bunu etmək önəmlidir. İki ölkə rəsmilərinin Brüssel görüşlərindən çıxan nəticələr, yaradılan komissiyalar sülh prosesinin sürətləndirilməsinə yönəlib. Belə bir dövrdə sülhə töhfə vermək üçün, dinc dövrdə münasibətləri qismən yumşaltmaq üçün hətta erməni jurnaslitlərlə azərbaycanlı jurnalistlərin ortaq layihələri barədə də düşünmək olar.
© Sputnik / Nigar Iskanderova"Konflikt və postkonflikt ölkələrin media qurumlarının və jurnalistlərinin İnformasiya Şəbəkəsi" layihəsi ilə bağlı tədbir
Tədbir zamanı - Sputnik Azərbaycan, 1920, 25.05.2022
"Konflikt və postkonflikt ölkələrin media qurumlarının və jurnalistlərinin İnformasiya Şəbəkəsi" layihəsi ilə bağlı tədbir

"Biz istəsək də, istəməsək də ermənilərlə qonşuyuq və bu torpaqlardan heç yerə getməyi düşünmürük. Həyat bir şəkildə davam etməlidir. Hərbçilər, siyasətçilər, iqtisadçılar və digərləri ilə yanaşı, sülhyaratma prosesində jurnalistlərin, medianın da xüsusi rolu var. Biz bu prosesə hazır olmalıyıq. Bu işi pərakəndə şəkildə deyil, sistemli və şəbəkələşmiş formada həyata keçirməkdə fayda var", - Ü.Abdullayeva deyib.

Tədbirdə çıxış edən jurnalist Namiq Mayılov, QHT rəhbərləri İradə Rzazadə, Mətanət Əsgərqızı və digərləri münaqişə və postmünaqişə dövründə jurnaslitlərin üzərinə düşən vəzifələrlə bağlı fikirlərini bölüşüblər. Bu kontekstdə media-QHT əməkdaşlığının vacibliyinə diqqət yetiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0