https://sputnik.az/20220525/bizim-deyismez-prioritetimiz-vetendaslarin-rifahinin-yukseldilmesidir---putin-442250774.html
Bizim dəyişməz prioritetimiz vətəndaşların rifahının yüksəldilməsidir - Putin
Bizim dəyişməz prioritetimiz vətəndaşların rifahının yüksəldilməsidir - Putin
Sputnik Azərbaycan
RF dövlət başçısı bildirib ki, Rusiya iqtisadiyyatının dinamikası bir sıra ekspertlərin proqnozlarını üstələyir, bu isə o deməkdir ki, yeni sənaye sahələri və... 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T22:21+0400
2022-05-25T22:21+0400
2022-05-25T22:21+0400
rusiya
rusiya prezidenti vladimir putin
rusiya federasiyası dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441973644_0:0:3098:1744_1920x0_80_0_0_153d4de0e66e91e7a258036976fcd34f.jpg
BAKI, 25 may - Sputnik. Rusiya Federasiyası Dövlət Şurasının Sosial Məsələlər üzrə Rəyasət Heyətinin Prezident Vladimirin Putinin iştirakı ilə keçirilən iclasında rublun məzənnəsinin möhkəmlənməsi, iqtisadi dinamika və Rusiya vətəndaşlarının sosial müdafiəsini gücləndirmək üçün yeni tədbirlər müzakirə edilib.İclasda çıxış edən Rusiya lideri rublun möhkəmlənməsinə işarə edib:Dövlət başçısı həmçinin vurğulayıb ki, Rusiya iqtisadiyyatının dinamikası bir sıra ekspertlərin proqnozlarını üstələyir. Bu, həm də ölkədə həyata keçirilən sosial siyasətlə bağlıdır.“Qəbul etdiyimiz qərarlar daxili tələbi və ən əsası da yerli məhsulları dəstəkləyir. Nəticə etibarı ilə iqtisadiyyatımız bəzi ekspertlərin proqnozlaşdırdığından qat-qat yaxşı dinamikaya malikdir. Bu isə o deməkdir ki, yeni sənaye sahələri və iş yerləri açılacaqdır", - deyə prezident Putin bildirib.Rusiya lideri onu da vurğulayıb ki, ilin sonuna kimi yoxsulluğun səviyyəsinin azaldılmasını təmin etmək lazımdır. Bu vəzifə martın əvvəlində qoyulmuşdu.Onun sözlərinə görə, bu il Rusiyada inflyasiya 11%-i keçib, lakin bəzi ölkələrdə bu, xüsusilə qida və enerji sektorlarında dəfələrlə yüksəkdir. Bununla bağlı Rusiya Federasiyasının prezidenti Qərbin sanksiyaları qarşısında Rusiya iqtisadiyyatını və vətəndaşlarını dəstəkləmək üçün yeni tədbirləri açıqlayıb:“Biz həmişə gələcəyə, bir addım irəliyə baxmalı və işimizi artıq müəyyən edilmiş prioritetlər əsasında qurmalıyıq. Bizim əsas və dəyişməz prioritetimiz isə vətəndaşların rifahının və həyat keyfiyyətinin yüksəldilməsidir”.Onun təklif etdiyi dəstək tədbirləri arasında iyunun 1-dən yaşayış minimumunun 13,919 min rubla qədər artırılması, işləməyən pensiyaçıların pensiyalarının eyni tarixdən 10% artırılması, minimum əmək haqqının 15,279 min rubla çatdırılması, iyulun 1-dən bir ay, əmək haqqının artırılması siyasəti və iyuldan - uşaqlı qadın hərbçilərə ikiqat dəstək (30 min rubldan çox) var.Həmçinin valyuta bazarındakı vəziyyəti nəzərə alaraq xaricdə Rusiya hərbçilərinə ödənişlərin artırılması, yaralı hərbçilərə və həlak olanların ailələrinə dəstək verilməsi təklif edilib.Rusiyada işsizliyin hal-hazırda 4% səviyyəsində təxmin edildiyinə və hətta bir qədər də azaldığına diqqət çəkən Rusiya Federasiyasının prezidenti qeyd edib ki, bu tendensiyanı dəstəkləmək üçün bunu əzizləmək və baş verənləri ən diqqətlə təhlil etmək lazımdır.Rusiya lideri iclasda iştirak edənlərin diqqətini inflyasiya məsələsinə də cəlb edib: onun artımı səngiyib və ilin sonuna qədər bu, 15% təşkil edəcək.Vladimir Putin vətəndaşların rifahını və onların həyat keyfiyyətinin yüksəldilməsini dövlət siyasətinin əsas prioriteti adlandırıb:Prezident həmçinin hökumətə hərbi dərman ehtiyaclarına operativ cavab verməyi, yaralanan əsgərlərə və həlak olanların ailələrinə dəstək olmağı tapşırıb:"Hərbi qulluqçuların sosial təminatı məsələləri vaxtında və tam həllini tapmalıdır”.O, bununla bağlı ölkənin bölgələrinə müvafiq göstərişlər verib.Prezident Putin Ukraynada xüsusi əməliyyat zamanı həyatlarını riskə atan əsgərlərə də dövlət mükafatları vəd edib və onlara qəhrəman kimi yanaşmaq lazım olduğunu da vurğulayıb.Daha sonra Rusiya lideri bildirib ki, valyuta bazarındakı şərtlər dəyişdikcə xaricdə olan hərbi qulluqçulara ödənişlər artmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220525/rublun-guclenmesi-movzusu-putinin-kecirdiyi-iclaslarda-diqqetindedir---peskov-442236461.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441973644_367:0:3098:2048_1920x0_80_0_0_1d1b74276e39bdc55ebc08a8da2dd3ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, rusiya federasiyası dövlət duması
rusiya prezidenti vladimir putin, rusiya federasiyası dövlət duması
Bizim dəyişməz prioritetimiz vətəndaşların rifahının yüksəldilməsidir - Putin
RF dövlət başçısı bildirib ki, Rusiya iqtisadiyyatının dinamikası bir sıra ekspertlərin proqnozlarını üstələyir, bu isə o deməkdir ki, yeni sənaye sahələri və iş yerləri açılacaq.
BAKI, 25 may - Sputnik. Rusiya Federasiyası Dövlət Şurasının Sosial Məsələlər üzrə Rəyasət Heyətinin Prezident Vladimirin Putinin iştirakı ilə keçirilən iclasında rublun məzənnəsinin möhkəmlənməsi, iqtisadi dinamika və Rusiya vətəndaşlarının sosial müdafiəsini gücləndirmək üçün yeni tədbirlər müzakirə edilib.
İclasda çıxış edən Rusiya lideri rublun möhkəmlənməsinə işarə edib:
“Hər şey, bu halda, məzənnəyə, dollara bağlanıb. Dollar isə, bildiyiniz kimi, azalır, rubl möhkəmlənir”.
Dövlət başçısı həmçinin vurğulayıb ki, Rusiya iqtisadiyyatının dinamikası bir sıra ekspertlərin proqnozlarını üstələyir. Bu, həm də ölkədə həyata keçirilən sosial siyasətlə bağlıdır.
“Qəbul etdiyimiz qərarlar daxili tələbi və ən əsası da yerli məhsulları dəstəkləyir. Nəticə etibarı ilə iqtisadiyyatımız bəzi ekspertlərin proqnozlaşdırdığından qat-qat yaxşı dinamikaya malikdir. Bu isə o deməkdir ki, yeni sənaye sahələri və iş yerləri açılacaqdır", - deyə prezident Putin bildirib.
Rusiya lideri onu da vurğulayıb ki, ilin sonuna kimi yoxsulluğun səviyyəsinin azaldılmasını təmin etmək lazımdır. Bu vəzifə martın əvvəlində qoyulmuşdu.
Onun sözlərinə görə, bu il Rusiyada inflyasiya 11%-i keçib, lakin bəzi ölkələrdə bu, xüsusilə qida və enerji sektorlarında dəfələrlə yüksəkdir. Bununla bağlı Rusiya Federasiyasının prezidenti Qərbin sanksiyaları qarşısında Rusiya iqtisadiyyatını və vətəndaşlarını dəstəkləmək üçün yeni tədbirləri açıqlayıb:
“Biz həmişə gələcəyə, bir addım irəliyə baxmalı və işimizi artıq müəyyən edilmiş prioritetlər əsasında qurmalıyıq. Bizim əsas və dəyişməz prioritetimiz isə vətəndaşların rifahının və həyat keyfiyyətinin yüksəldilməsidir”.
Onun təklif etdiyi dəstək tədbirləri arasında iyunun 1-dən yaşayış minimumunun 13,919 min rubla qədər artırılması, işləməyən pensiyaçıların pensiyalarının eyni tarixdən 10% artırılması, minimum əmək haqqının 15,279 min rubla çatdırılması, iyulun 1-dən bir ay, əmək haqqının artırılması siyasəti və iyuldan - uşaqlı qadın hərbçilərə ikiqat dəstək (30 min rubldan çox) var.
Həmçinin valyuta bazarındakı vəziyyəti nəzərə alaraq xaricdə Rusiya hərbçilərinə ödənişlərin artırılması, yaralı hərbçilərə və həlak olanların ailələrinə dəstək verilməsi təklif edilib.
Rusiyada işsizliyin hal-hazırda 4% səviyyəsində təxmin edildiyinə və hətta bir qədər də azaldığına diqqət çəkən Rusiya Federasiyasının prezidenti qeyd edib ki, bu tendensiyanı dəstəkləmək üçün bunu əzizləmək və baş verənləri ən diqqətlə təhlil etmək lazımdır.
Rusiya lideri iclasda iştirak edənlərin diqqətini inflyasiya məsələsinə də cəlb edib: onun artımı səngiyib və ilin sonuna qədər bu, 15% təşkil edəcək.
Vladimir Putin vətəndaşların rifahını və onların həyat keyfiyyətinin yüksəldilməsini dövlət siyasətinin əsas prioriteti adlandırıb:
"Biz həmişə gələcəyə, bir addım qabağa baxmalı və işimizi artıq müəyyən edilmiş prioritetlər əsasında qurmalıyıq. Bizim əsas və dəyişməz prioritetimiz vətəndaşların rifahının və həyat keyfiyyətinin yüksəldilməsidir".
Prezident həmçinin hökumətə hərbi dərman ehtiyaclarına operativ cavab verməyi, yaralanan əsgərlərə və həlak olanların ailələrinə dəstək olmağı tapşırıb:
"Hərbi qulluqçuların sosial təminatı məsələləri vaxtında və tam həllini tapmalıdır”.
O, bununla bağlı ölkənin bölgələrinə müvafiq göstərişlər verib.
Prezident Putin Ukraynada xüsusi əməliyyat zamanı həyatlarını riskə atan əsgərlərə də dövlət mükafatları vəd edib və onlara qəhrəman kimi yanaşmaq lazım olduğunu da vurğulayıb.
Daha sonra Rusiya lideri bildirib ki, valyuta bazarındakı şərtlər dəyişdikcə xaricdə olan hərbi qulluqçulara ödənişlər artmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.