Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Afrika ölkələri Ukrayna ilə bağlı balanslı mövqe nümayiş etdirir - Lavrov

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
Rusiya xarici siyasət idarəsinin rəhbəri Afrikadakı dost ölkələlərin ABŞ-ın təzyiqinə boyun əyməyəcəyinə əminliyini dilə gətirib.
BAKI, 25 may - Sputnik. Afrika ölkələri Vaşinqtonun ayrı-seçkilik xarakterli təzyiqlərinə baxmayaraq, Ukraynadakı vəziyyətlə bağlı balanslı və obyektiv mövqe tuturlar. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Mən məmnunluqla qeyd edirəm ki, Afrika ölkələri Ukraynada və onun ətrafında baş verənlərlə bağlı balanslı və obyektiv mövqe tuturlar. Biz bilirik ki, Qərb ölkələrinin saymazyana davranış xətti bəzən Afrika qitəsində açıq rəddə səbəb olur”, - deyə nazir Afrika Gününün qeyd edilməsinə həsr olunmuş tədbirdəki açılış nitqində bildirib.
Nazir həmçinin “afrikalı dostların Vaşinqtonun ayrı-seçkilik səciyyəli təzyiqinə boyun əyməyəcəyinə” əminliyini ifadə edib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Afrika ölkələrinin Rusiya ilə siyasi dialoqu daha da genişləndirməyə, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı əlaqələrin qurulmasına hazırlığını yüksək qiymətləndirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0