https://sputnik.az/20220524/xarici-siyaset-konsepsiyasinin-yeni-varianti-hazirlanir---zaxarova-442200056.html
Xarici Siyasət Konsepsiyasının yeni variantı hazırlanır - Zaxarova
Xarici Siyasət Konsepsiyasının yeni variantı hazırlanır - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Prezident Vladimir Putin Rusiyanın Xarici Siyasət Konsepsiyasının yeni variantını... 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T15:03+0400
2022-05-24T15:03+0400
2022-05-24T15:03+0400
rusiya
forum
mariya zaxarova
xarici siyasət
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427734663_0:0:2893:1628_1920x0_80_0_0_564f9917462f015cb18cddbf49a8a31d.jpg
BAKI, 24 may — Sputnik. Rusiya Xarici Siyasətinin yeni konsepsiyasının hazırlanması çox aktiv şəkildə gedir, bu, kollektiv prosesdir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib."Hazırda konsepsiya hazırlanır, bu proses çox aktiv şəkildə davm edir. O, kollektiv xarakter daşıyır. Hər bir konsepsiya kimi, ölkəmizdə də doktrinal sənəd kollektiv səylərin nəticəsidir - analitik, elmi və s.", - deyə o, “Rossiya Seqodnya” BİA-nın mətbuat mərkəzində keçirilən "Yeni reallığın yeni mənaları" beynəlxalq forumunda bildirib.Onun sözlərinə görə, bir müddət əvvəl Rusiya XİN-in Kollegiya iclası keçirilib və orada Qərbin Ukraynadakı vəziyyəti bəhanə edərək ortaya çıxardığı radikal geosiyasi reallıqlarda xarici siyasətin vəzifələri nəzərdən keçirilib:"Ölkəmizə qarşı hibrid müharibənin görünməmiş miqyası və qəddarlığı, o cümlədən Avropada mağara rusofobiyası şəklində irqçi dünyagörüşünün canlanması, Rusiyanın və rusiyaya aid olan hər şeyin "ləğv edilməsi" istiqamətində açıq kurs müzakirə olunub. Qərbin aqressiv təftişçi kursu Rusiyanın dost olmayan dövlətlərlə münasibətlərinə köklü şəkildə yenidən baxılmasını və xarici siyasətin digər sahələrinin hərtərəfli gücləndirilməsini tələb edir".Forum haqqındaMayın 24-də Moskvada Dövlət Dumasının və Federasiya Şurasının nümayəndələrinin, blogerlərin və fikir rəhbərlərinin, eləcə də mərkəzi KİV rəhbərlərinin və jurnalistlərin iştirakı ilə "Yeni reallığın yeni mənaları" beynəlxalq forumu keçirilir. Forumun təşkilatçısı və platforması "Rossiya Seqodnya" media qrupudur.Forumun əsas mövzuları arasında neonasizmə qarşı mübarizə, informasiya müharibələri, insan hüquqları kontekstində ikili standartlar, faktların yoxlanılması və tarixi təhriflərə müqavimətin zəruriliyi kimi dövrümüzün ən kəskin problemləri var.Forum çərçivəsində mətbuat mərkəzində "Yeni həyat. Başlamaq" adlı foto sərgi də açılıb. O, "Rossiya Seqodnya"nın fotojurnalistlərinin xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyası Silahlı Qüvvələrinin azad etdiyi ərazilərdə dinc həyatın bərpası ilə bağlı çəkdiyi kadrlara əsaslanır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427734663_0:0:2729:2047_1920x0_80_0_0_79cedffb96bd8ecd5105a8b5c900bcff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
forum, mariya zaxarova, xarici siyasət
forum, mariya zaxarova, xarici siyasət
Xarici Siyasət Konsepsiyasının yeni variantı hazırlanır - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Prezident Vladimir Putin Rusiyanın Xarici Siyasət Konsepsiyasının yeni variantını hazırlamağı tapşırıb.
BAKI, 24 may — Sputnik. Rusiya Xarici Siyasətinin yeni konsepsiyasının hazırlanması çox aktiv şəkildə gedir, bu, kollektiv prosesdir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Hazırda konsepsiya hazırlanır, bu proses çox aktiv şəkildə davm edir. O, kollektiv xarakter daşıyır. Hər bir konsepsiya kimi, ölkəmizdə də doktrinal sənəd kollektiv səylərin nəticəsidir - analitik, elmi və s.", - deyə o, “Rossiya Seqodnya” BİA-nın mətbuat mərkəzində keçirilən "Yeni reallığın yeni mənaları" beynəlxalq forumunda bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl Rusiya XİN-in Kollegiya iclası keçirilib və orada Qərbin Ukraynadakı vəziyyəti bəhanə edərək ortaya çıxardığı radikal geosiyasi reallıqlarda xarici siyasətin vəzifələri nəzərdən keçirilib:
"Ölkəmizə qarşı hibrid müharibənin görünməmiş miqyası və qəddarlığı, o cümlədən Avropada mağara rusofobiyası şəklində irqçi dünyagörüşünün canlanması, Rusiyanın və rusiyaya aid olan hər şeyin "ləğv edilməsi" istiqamətində açıq kurs müzakirə olunub. Qərbin aqressiv təftişçi kursu Rusiyanın dost olmayan dövlətlərlə münasibətlərinə köklü şəkildə yenidən baxılmasını və xarici siyasətin digər sahələrinin hərtərəfli gücləndirilməsini tələb edir".
Mayın 24-də Moskvada Dövlət Dumasının və Federasiya Şurasının nümayəndələrinin, blogerlərin və fikir rəhbərlərinin, eləcə də mərkəzi KİV rəhbərlərinin və jurnalistlərin iştirakı ilə "Yeni reallığın yeni mənaları" beynəlxalq forumu keçirilir. Forumun təşkilatçısı və platforması "Rossiya Seqodnya" media qrupudur.
Forumun əsas mövzuları arasında neonasizmə qarşı mübarizə, informasiya müharibələri, insan hüquqları kontekstində ikili standartlar, faktların yoxlanılması və tarixi təhriflərə müqavimətin zəruriliyi kimi dövrümüzün ən kəskin problemləri var.
Forum çərçivəsində mətbuat mərkəzində "Yeni həyat. Başlamaq" adlı foto sərgi də açılıb. O, "Rossiya Seqodnya"nın fotojurnalistlərinin xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyası Silahlı Qüvvələrinin azad etdiyi ərazilərdə dinc həyatın bərpası ilə bağlı çəkdiyi kadrlara əsaslanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.