https://sputnik.az/20220524/teknofest-e-hazirliq-davam-edir--yol-polisi-ehaliye-muraciet-edib-442187472.html
"Teknofest"-ə hazırlıq davam edir -Yol polisi əhaliyə müraciət edib
"Teknofest"-ə hazırlıq davam edir -Yol polisi əhaliyə müraciət edib
Sputnik Azərbaycan
Tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola biləcəyi üçün polis əhalidən Kristal Holl... 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T11:03+0400
2022-05-24T11:03+0400
2022-05-24T11:07+0400
paytaxt xəbərləri
festival
texnologiya
polis
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928924_0:0:3072:1728_1920x0_80_0_0_d29a2d91200177e8bd76d03c7fe96957.jpg
BAKI, 24 may — Sputnik. Mayın 26-dan 29-na qədər Bakıda "Teknofest" Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək. Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.Bakıda "Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.Bakı Şəhər BPİ DYPİ "TEKNOFEST"lə bağlı avtomobil sürücülərinə və paytaxt sakinlərinə müraciət edib.Müraciətdə deyilir ki, 2022-ci ilin may ayının 26-dan 29-dək 4 gün boyunca Bakı Kristal Hall və onun ətrafı Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan "TEKNOFEST Azərbaycan" Aerokosmik və Aviasiya Festivalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil edilib.Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 may metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə "Baku Bus" MMC-nin avtobusları ilə hərəkət edəcəklər.Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında "Bakı Taksi" MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və Kristal Holl istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər.Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, içtimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir:"Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Holl və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır. Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür edirik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928924_341:0:3072:2048_1920x0_80_0_0_1b049aa2bb88f7917ba7ffb89cfb2af1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
festival, texnologiya, polis
festival, texnologiya, polis
"Teknofest"-ə hazırlıq davam edir -Yol polisi əhaliyə müraciət edib
11:03 24.05.2022 (Yenilənib: 11:07 24.05.2022) Tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola biləcəyi üçün polis əhalidən Kristal Holl və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünün nəzərə almağı rica edib.
BAKI, 24 may — Sputnik. Mayın 26-dan 29-na qədər Bakıda "Teknofest" Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.
Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək. Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda "Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Bakı Şəhər BPİ DYPİ "TEKNOFEST"lə bağlı avtomobil sürücülərinə və paytaxt sakinlərinə müraciət edib.
Müraciətdə deyilir ki, 2022-ci ilin may ayının 26-dan 29-dək 4 gün boyunca Bakı Kristal Hall və onun ətrafı Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan "TEKNOFEST Azərbaycan" Aerokosmik və Aviasiya Festivalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil edilib.
Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 may metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə "Baku Bus" MMC-nin avtobusları ilə hərəkət edəcəklər.
Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında "Bakı Taksi" MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və Kristal Holl istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər.
Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, içtimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir:
"Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Holl və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır. Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür edirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.