Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya müttəfiqlərinin suverenliyinin müdafiəsi üçün lazımi yardımı göstərəcək - Şoyqu

© Photo : Пресс-служба Минобороны РФ / Mediabanka keçidRF Müdafiə Naziri Sergey Şoyqu
RF Müdafiə Naziri Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Abunə olmaq
Rusiyanın müdafiə naziri bildirib ki, Qərb ölkələri KTMT dövlətləri arasında müttəfiqlik münasibətlərini pozmaq üçün məqsədyönlü iş aparır.
BAKI, 24 may — Sputnik. Qərbin Kiyevə verdiyi dəstəyə, Rusiyaya qarşı təzyiqlərinə baxmayaraq, Ukraynada xüsusi əməliyyat davam etdiriləcək. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında deyib.
O bildirib ki, Qərbin Kiyev rejiminə genişmiqyaslı yardımına və Rusiyaya qarşı sanksiyalar təzyiqinə baxmayaraq, bütün tapşırıqlar yerinə yetirilənə qədər xüsusi hərbi əməliyyatı davam etdiriləcək.
Müdafiə naziri onu da qeyd edib ki, Rusiya Qərbin KTMT-nin birliyini pozmaq üçün məqsədyönlü fəaliyyətinə qarşı müttəfiqlərinə hərtərəfli dəstək verəcək:

"Qərb ölkələri KTMT dövlətləri arasında müttəfiqlik münasibətlərini pozmaq üçün məqsədyönlü iş aparır. Biz bilirik ki, müttəfiqlərimizə hansı təzyiqlər edilir. Açıq-aşkar təhdidlər, şantaj və intriqalardan istifadə olunur. Bütün bunlar bizdən daha da böyük birlik, daha fəal, aydın və koordinasiya olunmuş fəaliyyət tələb edir. Rusiya yaranan təhdidlərin neytrallaşdırılması və suverenliyin müdafiəsində müttəfiqlərinə lazımi yardımı göstərməyə davam edəcək".

Şoyqu vurğulayıb ki, Qərb Ukrayna qoşunlarının məğlubiyyətindən ehtiyat edərək təcili olaraq öldürücü silahların tədarükünü təşkil edib.
O xatırladıb ki, Rusiya xalqını soyqırımdan qorumaq üçün, eləcə də Ukraynanın demilitarizasiyası və denasifikasiyası, onun nüvəsiz və neytrallıq statusunu təmin etmək üçün xüsusi hərbi əməliyyat keçirməyə məcbur olub:
"Ukrayna qoşunlarının məğlubiyyətindən qorxan Qərb təcili olaraq öldürücü silahların tədarükünü təşkil edib. Böhranın əsl səbəbləri barədə dünya ictimaiyyətinə yanlış məlumat vermək üçün genişmiqyaslı kampaniyaya start verilib. Hərbi müşavirlər və özəl hərbi şirkətlərin əməkdaşları bu əraziyə göndərilir. Ölkədəki xarici muzdluların sayı isə 6 min nəfəri keçib".
Müdafiə naziri Ukraynada nüvə silahı və onun üçün daşıyıcı vasitələrin yaradılması ilə bağlı real təhlükə olduğunu vurğulayıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0