https://sputnik.az/20220524/kosacev-rusiya-mdb-olkeleri-ile-daha-feal-emekdasliq-qurmalidir-442213261.html
Kosaçev: Rusiya MDB ölkələri ilə daha fəal əməkdaşlıq qurmalıdır
Kosaçev: Rusiya MDB ölkələri ilə daha fəal əməkdaşlıq qurmalıdır
Sputnik Azərbaycan
Rusiya Federasiya Şurasının vitse-spikeri hesab edir, bu, Rusiyanın xarici siyasət konsepsiyasında öz əksini tapıb. 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T20:24+0400
2022-05-24T20:24+0400
2022-05-24T20:24+0400
konstantin kosaçov
rusiya
mdb
forum
beynəlxalq
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442213389_0:0:1485:835_1920x0_80_0_0_0c7b062300a028761875e9736e635b8c.jpg
BAKI, 24 may — Sputnik. Rusiya vahid Avropa yaratmaq cəhdinin uğursuzluğunu nəzərə alaraq MDB ölkələri ilə daha fəal əməkdaşlıq qurmalıdır. Bu sözləri Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev "Yeni reallığın yeni mənaları" Beynəlxalq Forumunda bildirib."Biz, şübhəsiz ki, birgə səylərlə yaratmağa çalışdığımız vahid Avropanı tərk etməyə məcbur olacağıq- o hələ uzun müddət parçalanacaq. Bu o deməkdir ki, biz postsovet məkanına, MDB ölkələrinə və Rusiyanın gəlişini gözləyən bölgələrdə əməkdaşlıqda daha fəal olmalıyıq", - deyə senator qeyd edib.Onun sözlərinə görə, bənzər tənzimləmə Rusiya prezidentinin tapşırığı ilə həyata keçirilən Rusiyanın xarici siyasəti konsepsiyasında göstərilir.Vitse-spiker qeyd edib ki, son üç ayda baş verənlərdən də göründüyü kimi idxalı əvəzləmə proqramı tam icra olunmayıb."İdxal əvəzetmə proqramımızın 100 faizə nə qədər yaxın və ya uzaq olması barədə mübahisə etmək olar. Aydındır ki, o, tam icra olunmayıb. Və biz mütləq şəkildə iqtisadi inkişaf baxımından öz ayaqlarımız üstə dayanmalıyıq və yalnız bundan sonra isə vətəndaşların rifahının təmin edilməsi baxımından cəlbedici olmalıyıq", - deyə Federasiya Şurasının Baş nazirinin müavini bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220523/kosacev-soyuq-muharibe-dayanmayib-442175759.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442213389_64:0:1393:997_1920x0_80_0_0_5555fce44c37b5678732569046463892.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
konstantin kosaçov, mdb, forum, beynəlxalq
konstantin kosaçov, mdb, forum, beynəlxalq
Kosaçev: Rusiya MDB ölkələri ilə daha fəal əməkdaşlıq qurmalıdır
Rusiya Federasiya Şurasının vitse-spikeri hesab edir, bu, Rusiyanın xarici siyasət konsepsiyasında öz əksini tapıb.
BAKI, 24 may — Sputnik. Rusiya vahid Avropa yaratmaq cəhdinin uğursuzluğunu nəzərə alaraq MDB ölkələri ilə daha fəal əməkdaşlıq qurmalıdır. Bu sözləri Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev "Yeni reallığın yeni mənaları" Beynəlxalq Forumunda bildirib.
"Biz, şübhəsiz ki, birgə səylərlə yaratmağa çalışdığımız vahid Avropanı tərk etməyə məcbur olacağıq- o hələ uzun müddət parçalanacaq. Bu o deməkdir ki, biz postsovet məkanına, MDB ölkələrinə və Rusiyanın gəlişini gözləyən bölgələrdə əməkdaşlıqda daha fəal olmalıyıq", - deyə senator qeyd edib.
Onun sözlərinə görə, bənzər tənzimləmə Rusiya prezidentinin tapşırığı ilə həyata keçirilən Rusiyanın xarici siyasəti konsepsiyasında göstərilir.
Vitse-spiker qeyd edib ki, son üç ayda baş verənlərdən də göründüyü kimi idxalı əvəzləmə proqramı tam icra olunmayıb.
"İdxal əvəzetmə proqramımızın 100 faizə nə qədər yaxın və ya uzaq olması barədə mübahisə etmək olar. Aydındır ki, o, tam icra olunmayıb. Və biz mütləq şəkildə iqtisadi inkişaf baxımından öz ayaqlarımız üstə dayanmalıyıq və yalnız bundan sonra isə vətəndaşların rifahının təmin edilməsi baxımından cəlbedici olmalıyıq", - deyə Federasiya Şurasının Baş nazirinin müavini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.