https://sputnik.az/20220524/estoniya-parlamentinin-numayende-heyeti-susada-olub-442202297.html
Estoniya parlamentinin nümayəndə heyəti Şuşada olub
Estoniya parlamentinin nümayəndə heyəti Şuşada olub
Sputnik Azərbaycan
Qonaqlara Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T18:18+0400
2022-05-24T18:18+0400
2022-05-24T18:18+0400
estoniya
qarabağ
şuşa
parlament
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945086_0:103:2000:1228_1920x0_80_0_0_a4de1a0783982300f7da670421df0f62.jpg
BAKI, 24 may — Sputnik. Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası Parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Şuşa şəhərində olub.Qonaqları Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Estoniyanın Azərbaycandakı səfiri Anneli Kolk və digər rəsmi şəxslər müşayiət ediblər.Şuşada qonaqları Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb, onlara Şuşanın tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur.Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Karvansaray ilə tanış olublar. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bu yaxınlarda Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub.Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın Sarayının qalıqlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945086_114:0:1887:1330_1920x0_80_0_0_87f1cda3abf08335acf6d7d3050883ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
estoniya, şuşa, parlament
estoniya, şuşa, parlament
Estoniya parlamentinin nümayəndə heyəti Şuşada olub
Qonaqlara Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib
BAKI, 24 may — Sputnik. Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası Parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Şuşa şəhərində olub.
Qonaqları Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Estoniyanın Azərbaycandakı səfiri Anneli Kolk və digər rəsmi şəxslər müşayiət ediblər.
Şuşada qonaqları Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb, onlara Şuşanın tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur.
Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Karvansaray ilə tanış olublar. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bu yaxınlarda Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub.
Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın Sarayının qalıqlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.