Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ haubitsaları üçün mərmi anbarı məhv edilib - Rusiya MN

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidRusiya MN rəsmi nümayəndəsi İqor Konaşenkov
Rusiya MN rəsmi nümayəndəsi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib ki, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 36 ərazi vurulub.
BAKI, 24 may — Sputnik. Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Briqadasının bir bölməsini və ABŞ haubitsaları üçün mərmi anbarını yüksək dəqiqlikli havadan buraxılan raketlərlə məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Gün ərzində yüksək dəqiqlikli havadan buraxılan raketlərlə üç komanda məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 36 ərazi, Soledar qəsəbəsi yaxınlığındakı 14-cü mexanikləşdirilmiş briqadanın özüyeriyən artilleriya batalyonu vurulub", - deyə Konaşenkov qeyd edib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, "Donetsk Xalq Respublikası"nın Minkovka, Baxmut, Nikolaevka, "Sporno" və "Krasnıy" Liman ərazilərində də altı sursat anbarı məhv edilib.
"O cümlədən, Razdolovkada ABŞ-ın M-777 haubitsaları üçün 155 mm-lik mərmilərdən ibarət böyük bir anbar vurulub", - deyə, o əlavə edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0