Xəbərdarlıq: Xəzərdə güclü qasırğa olacaq
20:41 23.05.2022 (Yenilənib: 22:37 23.05.2022)
© Depositphotos.com / IraGirichBODənizdə dalğalar
© Depositphotos.com / IraGirichBO
Abunə olmaq
Xəzərdəki bütün strukturlara, o cümlədən neft-qaz platformaları və gəmi sahiblərinə, kapitanlara, liman nəzarəti müfəttişlərinə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
BAKI, 23 may - Sputnik. Mayın 23-24-də küləyin sürətinin 15-20 m/s-dək güclənəcəyi, arabir isə bu göstəricinin 23-28 m/s-yə çatacağı gözlənilir.
Xəzərin Azərbaycan sektorunda təhlükəsizlik tədbirləri həyata keçirilir: bütün strukturlara, o cümlədən neft-qaz platformaları və gəmi sahiblərinə, kapitanlara, liman nəzarəti müfəttişlərinə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Gəmilər isə təhlükəsiz lövbərlərə göndərilib.
Bütün bu proses çox ciddi şəkildə idarə olunur. Belə ki, heç kim 2016-cı il faciəsinin təkrarlanmasını istəmir.
Dekabrın 15-də səhər saat 5-də "SOCAR"ın neft platformasının estakadasının bir hissəsi tufan küləyi nəticəsində Xəzər dənizinə uçmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı.
Həmin an sözügedən konstruksiya üzərində 10 neftçi - 5 növbətçi və daha 5 işçi olub. Baş verən bədbəxt hadisə nəticəsində isə neftçilərdən heç kəs sağ qalmayıb.
Sonuncu neftçinin cənazəsi isə yalnız 2017-ci il avqust ayının 18-də Daş-Zirə adasında tapılmışdır.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.