Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada 28 May - Respublika Günü münasibətilə təntənəli tədbirlər keçiriləcək

© Photo : AZƏRTACПавильон «Азербайджан» на ВДНХ
Павильон «Азербайджан» на ВДНХ - Sputnik Azərbaycan, 1920, 23.05.2022
Abunə olmaq
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Respublika Günü münasibətilə müxtəlif konsert proqramları planlaşdırılıb.
BAKI, 23 may - Sputnik. Mayın 28-də Rusiya paytaxtı Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) “Azərbaycan” pavilyonunda Respublika Günü münasibətilə təntənəli tədbirlər keçiriləcək.
Konsert proqramını Ümumrusiya və Beynəlxalq müsabiqələrin laureatları, nüfuzlu musiqi festivallarının baş mükafatlarının laureatları - İbrahim Nağıyev (violonçel) və Dmitri Tsıqanov (fortepiano) Qara Qarayev, Ələkbər Tağıyev və başqa Azərbaycan bəstəkarlarının əsərləri ilə açacaqlar.
Tədbir çərçivəsində açıq havada əfsanəvi Pavilyonun fasadında “open air” konserti keçiriləcək. Sərginin qonaqları Azərbaycan baletindən, eləcə də SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” Moskva Vilayət Dövlət Akademik Teatrının solistlərinin inanılmaz məharətindən zövq ala biləcəklər.(Report)
Möhtəşəm binanın fonunda Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Min bir gecə” baletlərindən, həmçinin görkəmli Azərbaycan baletmeysterləri Rəfiqə Axundova və Maqsud Məmmədovun xoreoqrafiyasında Nazim Əliverdibəyovun musiqisinə “Muğam” xoreoqrafik miniatüründən səhnələr nümayiş olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0