https://sputnik.az/20220522/xocahesen-ve-lokbatanin-simasi-nece-deyisecek-442148837.html
Xocahəsən və Lökbatanın siması necə dəyişəcək?
Xocahəsən və Lökbatanın siması necə dəyişəcək?
Sputnik Azərbaycan
Yeni Baş Plana əsasən Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınacaq, şəhər daxilində "yaşıl hibrid dəhlizlər" sistemi... 22.05.2022, Sputnik Azərbaycan
2022-05-22T15:26+0400
2022-05-22T15:26+0400
2022-05-22T15:58+0400
paytaxt xəbərləri
xocahəsən
xocahəsən qəsəbəsi
lökbatan
lökbatan qəsəbəsi
https://cdnn1.img.sputnik.az/img/40498/07/404980737_0:0:1920:1080_1920x0_80_0_0_19bba5b6b03631bac1211c41c4f80310.jpg
BAKI, 22 may — Sputnik. Bakı şəhərinin Baş Planına əsasən paytaxtda ətraf mühitin qorunması üçün mühüm işlər görüləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, "Bakı şəhərinin Baş Planı 2040" sənədinə əsasən Baş Plan çərçivəsində neft hasilatı və sənaye inkişafı nəticəsində torpaq sahələrinin və göllərin çirklənməsi ilə bağlı əsas məsələlərin həlli nəzərdə tutulur.Bu istiqamətdə həyata keçirilmiş tədqiqatlar nəticəsində yaxın 20 ildə ekoloji bərpaya ehtiyacı olan əsas ərazilər müəyyən edilib:- Göllərin təmizlənməsi üzrə- Böyükşor gölü, Xocahəsən gölü, Qu gölü, Bülbülə gölü- Torpaq sahələrinin təmizlənməsi üzrə- Böyükşor - Binəqədi-Balaxanı dəhlizi, Xocahəsən - Lökbatan dəhlizi- Mövcud sənaye rayonu-Suraxanı rayonunda ARDNŞ-ın ərazisiBaş Planda qeyd olunub ki, sürətli urbanizasiya prosesi nəticəsində şəhərdə mütəmadi subasma halları, "istilik adası" effekti, havanın çirklənməsi, yaşıllıq sahələrinin azalması kimi hallar müşahidə olunur. Belə neqativ hallar müasir ictimai nəqliyyat sisteminin inkişafı, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, paytaxtın mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulması və ətraf mühitin mühafizəsi ilə bağlı kompleks tədbirlərin əlaqələndirilmiş şəkildə icrası nəticəsində aradan qaldırılacaq.Bakı bulvarı Bibiheybətə qədər uzanacaq, Xocahəsəndə böyük park salınacaqŞəhər ərazisində ümumi istifadədə olan yaşıllıq sahələri salınacaq. Şəhər ərazisində yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir. Bu məqsədlə, "Dövlət Şəhərsalma Norma və Qaydalarına (AzDTN 2.6-1)" uyğun olaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 m2-ə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması və aşağıdakı layihələrin həyata keçirilməsi planlaşdırılır. Buraya Xocahəsən gölünün ətrafında geniş parkın salınması, Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması (Bibiheybət ərazisi daxil olmaqla), Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınması, şəhər daxilində "yaşıl hibrid dəhlizlər" sisteminin tətbiqi daxildir."Yaşıl" istirahət məkanları yaradılacaqHəmçinin Yaşıl hibrid dəhlizlər salınacaq. "Yaşıl Hibrid Dəhlizlər" Bakı şəhərinin Baş Planının əsas konseptual yanaşmalarından olmaqla aşağıda qeyd edilən müxtəlif funksiyaları özündə birləşdirir. Şəhər ərazisində sərbəst hava axınının təmin olunması ilə hava keyfiyyətinin və mikroiqlimin yaxşılaşdırılması, piyada yolları infrastrukturunun genişləndirilməsi ilə şəhər ərazilərinin bir-biri ilə əlaqələndirilməsi, habelə piyada hərəkətliliyi və velosiped nəqliyyatından istifadənin təşviqi, yaşıllıq sahələrinin genişləndirilməsi və əlavə "yaşıl" istirahət məkanlarının yaradılması, yeni mühəndis-kommunikasiya xətlərinin və qurğularının (məsələn, sutoplayıcı hövzələr) inşası üçün ərazi planlaşdırılması həllərinin verilməsi nəzərdə tutulur."Xocahəsən - Lökbatan dəhlizi" boyunca Nəbatat bağı salınacaqPaytaxt ərazisində coğrafi yerləşmə mövqeyindən asılı olaraq iki növ "yaşıl hibrid dəhliz"lərin yaradılması təklif olunur. Buraya şəhərdaxili hibrid dəhlizlər- mövcud küçə-yol şəbəkəsinin və ya dəmir yolu xətlərinin hərəkətlilik funksiyasını qoruyub saxlamaqla onların ətrafında cəlbedici yaşıllıq zolaqlarının salınması ilə əraziyə əlavə dəyərin verilməsi, şəhərxarici hibrid dəhlizlər, Mərkəzi Bakını şəhərətrafı ərazilərdə yerləşən alt-mərkəzlərlə birləşdirən geniş yaşıl zolaqların salınması daxildir. Həmçinin Xocahəsən gölünün təmizlənməsi üzrə layihənin icrası "Xocahəsən - Lökbatan dəhlizi"nin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsindəki neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi, kanalizasiya sisteminin yenidən qurulması və ərazidə yeni dəmiryol stansiyasının yaradılması daxildir. Dəhliz boyu əsas yerli bitki növlərinin yetişdiriləcəyi yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur.Hibrid dəhlizin cənub hissəsində yerləşən Qu gölü ərazisinin tarixən köçəri quşların qışlama məskəni kimi təşəkkül tapdığını nəzərə alaraq ərazidə turistik marşrutların təşkil olunması da mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40498/07/404980737_61:0:1501:1080_1920x0_80_0_0_20e41c58ea876e8975bf73d940ab43d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xocahəsən, xocahəsən qəsəbəsi, lökbatan, lökbatan qəsəbəsi
xocahəsən, xocahəsən qəsəbəsi, lökbatan, lökbatan qəsəbəsi
Xocahəsən və Lökbatanın siması necə dəyişəcək?
15:26 22.05.2022 (Yenilənib: 15:58 22.05.2022) Yeni Baş Plana əsasən Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınacaq, şəhər daxilində "yaşıl hibrid dəhlizlər" sistemi tətbiq ediləcək.
BAKI, 22 may — Sputnik. Bakı şəhərinin Baş Planına əsasən paytaxtda ətraf mühitin qorunması üçün mühüm işlər görüləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Bakı şəhərinin Baş Planı 2040" sənədinə əsasən Baş Plan çərçivəsində neft hasilatı və sənaye inkişafı nəticəsində torpaq sahələrinin və göllərin çirklənməsi ilə bağlı əsas məsələlərin həlli nəzərdə tutulur.
Bu istiqamətdə həyata keçirilmiş tədqiqatlar nəticəsində yaxın 20 ildə ekoloji bərpaya ehtiyacı olan əsas ərazilər müəyyən edilib:
- Göllərin təmizlənməsi üzrə- Böyükşor gölü, Xocahəsən gölü, Qu gölü, Bülbülə gölü
- Torpaq sahələrinin təmizlənməsi üzrə- Böyükşor - Binəqədi-Balaxanı dəhlizi, Xocahəsən - Lökbatan dəhlizi
- Mövcud sənaye rayonu-Suraxanı rayonunda ARDNŞ-ın ərazisi
Baş Planda qeyd olunub ki, sürətli urbanizasiya prosesi nəticəsində şəhərdə mütəmadi subasma halları, "istilik adası" effekti, havanın çirklənməsi, yaşıllıq sahələrinin azalması kimi hallar müşahidə olunur. Belə neqativ hallar müasir ictimai nəqliyyat sisteminin inkişafı, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, paytaxtın mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulması və ətraf mühitin mühafizəsi ilə bağlı kompleks tədbirlərin əlaqələndirilmiş şəkildə icrası nəticəsində aradan qaldırılacaq.
Bakı bulvarı Bibiheybətə qədər uzanacaq, Xocahəsəndə böyük park salınacaq
Şəhər ərazisində ümumi istifadədə olan yaşıllıq sahələri salınacaq. Şəhər ərazisində yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir. Bu məqsədlə, "Dövlət Şəhərsalma Norma və Qaydalarına (AzDTN 2.6-1)" uyğun olaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 m2-ə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması və aşağıdakı layihələrin həyata keçirilməsi planlaşdırılır. Buraya Xocahəsən gölünün ətrafında geniş parkın salınması, Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması (Bibiheybət ərazisi daxil olmaqla), Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınması, şəhər daxilində "yaşıl hibrid dəhlizlər" sisteminin tətbiqi daxildir.
"Yaşıl" istirahət məkanları yaradılacaq
Həmçinin Yaşıl hibrid dəhlizlər salınacaq. "Yaşıl Hibrid Dəhlizlər" Bakı şəhərinin Baş Planının əsas konseptual yanaşmalarından olmaqla aşağıda qeyd edilən müxtəlif funksiyaları özündə birləşdirir.
Şəhər ərazisində sərbəst hava axınının təmin olunması ilə hava keyfiyyətinin və mikroiqlimin yaxşılaşdırılması, piyada yolları infrastrukturunun genişləndirilməsi ilə şəhər ərazilərinin bir-biri ilə əlaqələndirilməsi, habelə piyada hərəkətliliyi və velosiped nəqliyyatından istifadənin təşviqi, yaşıllıq sahələrinin genişləndirilməsi və əlavə "yaşıl" istirahət məkanlarının yaradılması, yeni mühəndis-kommunikasiya xətlərinin və qurğularının (məsələn, sutoplayıcı hövzələr) inşası üçün ərazi planlaşdırılması həllərinin verilməsi nəzərdə tutulur.
"Xocahəsən - Lökbatan dəhlizi" boyunca Nəbatat bağı salınacaq
Paytaxt ərazisində coğrafi yerləşmə mövqeyindən asılı olaraq iki növ "yaşıl hibrid dəhliz"lərin yaradılması təklif olunur. Buraya şəhərdaxili hibrid dəhlizlər- mövcud küçə-yol şəbəkəsinin və ya dəmir yolu xətlərinin hərəkətlilik funksiyasını qoruyub saxlamaqla onların ətrafında cəlbedici yaşıllıq zolaqlarının salınması ilə əraziyə əlavə dəyərin verilməsi, şəhərxarici hibrid dəhlizlər, Mərkəzi Bakını şəhərətrafı ərazilərdə yerləşən alt-mərkəzlərlə birləşdirən geniş yaşıl zolaqların salınması daxildir.
Həmçinin Xocahəsən gölünün təmizlənməsi üzrə layihənin icrası "Xocahəsən - Lökbatan dəhlizi"nin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsindəki neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi, kanalizasiya sisteminin yenidən qurulması və ərazidə yeni dəmiryol stansiyasının yaradılması daxildir. Dəhliz boyu əsas yerli bitki növlərinin yetişdiriləcəyi yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur.
Hibrid dəhlizin cənub hissəsində yerləşən Qu gölü ərazisinin tarixən köçəri quşların qışlama məskəni kimi təşəkkül tapdığını nəzərə alaraq ərazidə turistik marşrutların təşkil olunması da mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.