https://sputnik.az/20220522/rusiya-ukrayna-ile-danisiqlara-hazirdir---medinski-442154465.html
Rusiya Ukrayna ilə danışıqlara hazırdır - Medinski
Rusiya Ukrayna ilə danışıqlara hazırdır - Medinski
Sputnik Azərbaycan
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir. 22.05.2022, Sputnik Azərbaycan
2022-05-22T23:45+0400
2022-05-22T23:45+0400
2022-05-22T23:45+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440573838_0:0:2878:1620_1920x0_80_0_0_dcbdd8d73cca729353866a348928ecd2.jpg
BAKI, 22 may - Sputnik. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib.Bu sözləri Belarusun ONT kanalına müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.“Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkdirmək üçün yox” – deyə Medinski vurğulayıb.Xatırladaq ki, bu günə qədər həm Belarus, həm də Türkiyə ərazisində bir neçə raundda keçirilən Rusiya-Ukrayna danışıqlarında heç bir irəliləyiş əldə edilməyib. Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440573838_136:0:2867:2048_1920x0_80_0_0_b7af20e337a9e84ffa8a015bcd43f974.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna
Rusiya Ukrayna ilə danışıqlara hazırdır - Medinski
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.
BAKI, 22 may - Sputnik. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib.
Bu sözləri Belarusun ONT kanalına müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.
“Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkdirmək üçün yox” – deyə Medinski vurğulayıb.
Xatırladaq ki, bu günə qədər həm Belarus, həm də Türkiyə ərazisində bir neçə raundda keçirilən Rusiya-Ukrayna danışıqlarında heç bir irəliləyiş əldə edilməyib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.