Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Bişkekdə Avrasiya İqtisadi Forumunda iştirak edəcək, Davosa isə getməyəcək

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
BAKI, 22 may - Sputnik. Rusiya prezidenti Vladimir Putin gələn həftə Bişkekdə videokonfrans rejimində keçiriləcək Avrasiya İqtisadi Forumunda iştirak edəcək.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Putinin Bişkekdə videokonfrans şəklində keçiriləcək foruma qatılıb-qatılmayacağı barədə suala Peskov müsbət cavab verib.
"Bəli, prezident Putin videokonfransa qatılacaq" - Peskov deyib.
Xatırladaq ki, bu gün - mayın 22-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işinə başlayır.
Mayın 26-dək davam edəcək toplantı 2020-ci ildən bu yana ilk dəfə adi rejimdə keçiriləcək.
Rusiya nümayəndələri, o cümlədən, prezident Vladimir Putin forumda iştirak etməyəcək.
Siyasi və işgüzar elitanı bir araya gətirən forumda Ukraynadakı vəziyyət, təxirəsalınmaz humanitar məsələlər, təhlükəsizlik problemləri, pandemiyadan sonra iqtisadiyyatların bərpası, iqlim dəyişikliyi ilə mübarizə və dördüncü sənaye inqilabı texnologiyalarından istifadə məsələləri müzakirə olunacaq.
Ənənəvi olaraq yanvar-fevral aylarında təşkil olunan Davos İqtisadi Forumu koronavirus məhdudiyyətləri səbəbindən 2021 və 2022-ci ilin əvvəllərində yalnız onlayn formatda keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0