Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ Rusiya neftinə əvəz tapmayacaq - Vahid Ələkbərov

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidLUKoil ASC-nin prezidenti Vahid Ələkbərov
LUKoil ASC-nin prezidenti Vahid Ələkbərov - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
"Lukoyl"un keçmiş rəhbəri bildirib ki, hazırda Avropaya axan Rusiya neftinin yönləndirilməsi üçün yeni infrastrukturun qurulması illər çəkəcək.
BAKI, 22 may — Sputnik. Rusiyanın "Lukoyl" neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərov deyib ki, Avropa İttifaqı neft tədarükünə embarqo tətbiq etmək qərarına gəlsə, ortamüddətli perspektivdə Rusiya neftinə əvəz tapa bilməyəcək.
"Rusiya kimi böyük enerji ixracatçısını hətta ortamüddətli perspektivdə əvəz edəcək ölkə tapmaq mümkün deyil", - Ələkbərov Financial Times-a müsahibəsində deyib.
O hesab edir ki, embarqo olarsa, "Rusiya 2020-ci ildə pandemiyanın başlanğıcında olduğu kimi hasilatı azaltmalı, quyuları dondurmalı olacaq, çünki bütün Avropa üçün nəzərdə tutulan həcmləri bir gecədə başqa bazarlara yönləndirmək mümkün deyil".
Ələkbərovun sözlərinə görə, Rusiya neftinə embarqo "hamı üçün şok" və bütün tərəflər üçün "ən mənfi ssenari" olacaq.
"Lukoyl"un keçmiş rəhbərinin fikrincə, hazırda Avropaya axan Rusiya neftinin yönləndirilməsi üçün yeni infrastrukturun qurulması illər çəkəcək.
"Lukoyl"un direktorlar şurasının üzvü və prezidenti vəzifəsindən istefa vermək qərarına münasibət bildirən Ələkbərov bunu "şirkət naminə" etdiyini deyib. Lakin bunun onun üçün "kədərli" qərar olduğunu qeyd edib.
"Biz görürük ki, sanksiyalar çox vaxt xaotik, emosional xarakter daşıyır. Onlar siyasi qərarlar qəbul etməyən, siyasətə təsir imkanı olmayan insanlara təsir edir. Hələ mən onların faktiki səhvlərini, adların, vəzifələrin sanksiyalar altına düşmə səbəblərini demirəm. Bütün bunlar ən azı hüquqi baxımdan ciddi görünmür...", - o, deyib.
Bundan əvvəl Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib və Vahid Ələkbərov da sanksiyalar altına düşüb. Daha sonra o, "Lukoyl"a direktorlar şurasının üzvlüyündən istefa vermək, habelə prezidentlik səlahiyyətlərindən vaxtından əvvəl imtina etmək qərarına gəldiyini bildirib.
Qərb ölkələri Ukraynaya görə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edib. Aİ ölkələri digər məsələlərlə yanaşı, Rusiya neft və qazından imtina etmək imkanını nəzərdən keçirir. Aİ sanksiyalarının altıncı paketi neft embarqosunun tətbiqini nəzərdə tutur, lakin bir sıra ölkələr, xüsusən də Macarıstan onun qəbuluna mane olur.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq Rusiya qarşısında öhdəliklərini yerinə yetirməyib, onun valyuta ehtiyatlarını dondurub. Prezident bildirib ki, baş verən hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0