QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənddə xeyli silah-sursat aşkarlanıb

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Xocavənddə xeyli silah-sursat aşkarlanıb
Xocavənddə xeyli silah-sursat aşkarlanıb - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Polis əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.
BAKI, 21 may - Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib.
Tapılan 8 avtomat, 5 qumbarataatan, 3 pulemyot, 1632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, ötən gün Şuşada xeyli sayda silah-sursat aşkarlanması barədə məlumat verilib.
Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.
Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 "Faqot", 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1 220 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0