https://sputnik.az/20220521/rosqvardiya-xususi-emeliyyat-baslayandan-beri-20-den-cox-fototele-zerersizlesdirib-442126435.html
"Rosqvardiya" xüsusi əməliyyat başlayandan bəri 20-dən çox “fototələ” zərərsizləşdirib
"Rosqvardiya" xüsusi əməliyyat başlayandan bəri 20-dən çox “fototələ” zərərsizləşdirib
Sputnik Azərbaycan
Prezident Vladimir Putinin sözlərinə görə, xüsusi hərbi əməliyyatın məqsədinə nail olmaq üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata... 21.05.2022, Sputnik Azərbaycan
2022-05-21T12:28+0400
2022-05-21T12:28+0400
2022-05-21T12:28+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rosqvardiya
mina
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425544929_0:212:2972:1884_1920x0_80_0_0_573654c7d36663c56013fe018d1c1312.jpg
BAKI, 21 may - Sputnik. Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayandan bəri "Rosqavrdiya" istehkamçıları 20-dən çox minalanmış "foto-tələ" məhv ediblər. Bu barədə RİA Novosti qurumun mətbuat xidmətinə istinadən xəbər verib."Xüsusi hərbi əməliyyat başlayandan bəri "Rosqvardiya" istehkamçıları 20-dən çox qondarma "fototələ" – tuşlanmış minalarla təchiz olunmuş kəşfiyyat və siqnal avadanlığı aşkar edərək məhv ediblər”, - deyə məlumatda bildirilir.Qeyd olunur ki, “fototələlər” hərəkətə nəzarət sensoru, kamera, naviqasiya və rabitə vasitəsi, həmçinin enerji təchizatı elementi ilə təchiz edilmiş kamuflyajlı elektron qurğulardır.Çox vaxt ukraynalı millətçilər onları MON-50 tuşlanmış minalarla və zərərsizləşdirilməsi mümkün olmayan şəkildə kommunikasiyaların əhatə dairəsində, yol ayrıclarının yaxınlığında quraşdırırlar.Qurumdan onu da bildiriblər ki, həmin tələlər ərazidə olan hərəkəti çəkir, daha sonra kameranın baxış sahəsinə düşən obyektin koordinatlarını və fotosunu ötürür.Bundan sonra komandanlıq uzaqdan partlayış və ya artilleriyadan istifadə barədə qərar qəbul edir.Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu deyib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.Rusiya MN əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425544929_209:0:2940:2048_1920x0_80_0_0_a83c88559516a71bb703cf6d4251c3ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rosqvardiya, mina, ukrayna
rosqvardiya, mina, ukrayna
"Rosqvardiya" xüsusi əməliyyat başlayandan bəri 20-dən çox “fototələ” zərərsizləşdirib
Prezident Vladimir Putinin sözlərinə görə, xüsusi hərbi əməliyyatın məqsədinə nail olmaq üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsiplanlaşdırılır.
BAKI, 21 may - Sputnik. Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayandan bəri "Rosqavrdiya" istehkamçıları 20-dən çox minalanmış "foto-tələ" məhv ediblər. Bu barədə RİA Novosti qurumun mətbuat xidmətinə istinadən xəbər verib.
"Xüsusi hərbi əməliyyat başlayandan bəri "Rosqvardiya" istehkamçıları 20-dən çox qondarma "fototələ" – tuşlanmış minalarla təchiz olunmuş kəşfiyyat və siqnal avadanlığı aşkar edərək məhv ediblər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, “fototələlər” hərəkətə nəzarət sensoru, kamera, naviqasiya və rabitə vasitəsi, həmçinin enerji təchizatı elementi ilə təchiz edilmiş kamuflyajlı elektron qurğulardır.
Çox vaxt ukraynalı millətçilər onları MON-50 tuşlanmış minalarla və zərərsizləşdirilməsi mümkün olmayan şəkildə kommunikasiyaların əhatə dairəsində, yol ayrıclarının yaxınlığında quraşdırırlar.
Qurumdan onu da bildiriblər ki, həmin tələlər ərazidə olan hərəkəti çəkir, daha sonra kameranın baxış sahəsinə düşən obyektin koordinatlarını və fotosunu ötürür.
Bundan sonra komandanlıq uzaqdan partlayış və ya artilleriyadan istifadə barədə qərar qəbul edir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu deyib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.