QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərin bərpasına ötən il nə qədər vəsait xərclənib

© Photo : TRENDBərdə-Ağdam yolunun inşası, arxiv şəkli
Bərdə-Ağdam yolunun inşası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2021-ci il dövlət büdcəsinin icrası müzakirə edilib.
BAKI, 21 may - Sputnik. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir.
Bu məlumatlar “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Həmin vəsait aşağıdakı qaydada müxtəlif istiqamətlərə yönəldilib:
avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün 1590,2 milyon manat (proqnoza nisbətən 0,2 milyon manat az);
dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi üçün 261,1 milyon manat;
işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 97,6 milyon manat;
kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin aparılması, habelə sənaye parklarının yaradılması üçün 67,2 milyon manat (proqnoza nisbətən 0,1 milyon manat az);
“Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması üçün 62,8 milyon manat (proqnoza nisbətən 1,0 milyon manat və ya 1,6 faiz az);
Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün 24,5 milyon manat;
turizm infrastrukturunun yenidən qurulması üçün 18,3 milyon manat (proqnoza nisbətən 8,8 milyon manat və ya 32,5 faiz az);
işğaldan azad olunmuş ərazilərdə içməli su təchizatında sabitliyin təmin olunması məqsədilə mövcud qurğuların əsaslı təmiri və su təminatının yaxşılaşdırılması üçün 12,8 milyon manat;
Şuşa, Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması üçün 12,4 milyon manat (proqnoza nisbətən 0,8 milyon manat az);
yaradılmış yanğından mühafizə hissələri və bölmələri üçün yanğınsöndürən nəqliyyat vasitələrinin alınması üçün 11,4 milyon manat;
muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisi üçün 6,7 milyon manat (proqnoza nisbətən 9,4 milyon manat və ya 58,4 faiz az);
xüsusi texnikanın alınması üçün 6,4 milyon manat;
Ağdam və Cəbrayıl şəhərlərində orta məktəb binasının layihələndirilməsi və tikintisi üçün 3,2 milyon manat (proqnoza nisbətən 0,3 milyon manat az);
Şuşa və Cəbrayıl şəhərlərində yeni xəstəxanaların layihələndirilməsi və tikintisi üçün 1,0 milyon manat;
digər zəruri işlərin görülməsi üçün 2,8 milyon manat.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şuşa şəhərinin mənzərəsi - Sputnik Azərbaycan, 1920, 21.05.2022
CƏMİYYƏT
Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilib
Xəbər lenti
0