https://sputnik.az/20220521/avstriya-xn-moskvani-dialoq-platformalarindan-kenarlasdirmaq-duzgun-deyil-442132981.html
Avstriya XİN: Moskvanı dialoq platformalarından kənarlaşdırmaq düzgün deyil
Avstriya XİN: Moskvanı dialoq platformalarından kənarlaşdırmaq düzgün deyil
Sputnik Azərbaycan
Ölkənin xarici işlər naziri Aleksandr Şallenberq bildirib ki, Rusiya qazına embarqo tətbiq etmək çox vaxt aparan və baha başa gələn prosesdir. 21.05.2022, Sputnik Azərbaycan
2022-05-21T19:18+0400
2022-05-21T19:18+0400
2022-05-21T19:18+0400
avstriya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
moskva
dialoq
https://cdnn1.img.sputnik.az/img/07e6/05/15/442132955_0:0:3071:1728_1920x0_80_0_0_4584e84057b6c073ac023da7a623114d.jpg
BAKI, 21 may - Sputnik. Moskvanı bütün beynəlxalq dialoq platformalarından kənarlaşdırmaq düzgün deyil və bizim ölkəmiz neytrallığın dəyərini bilir və ondan imtina etməyəcək. Bu barədə Avstriya xarici işlər naziri Aleksandr Şallenberq “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.O, həmçinin etiraf edib ki, Rusiya qazına embarqo tətbiq etmək çox vaxt aparan və baha başa gələn prosesdir.“Neytrallıq bizim milli öz müqəddəratını təyinetmə hüququmuzun bir hissəsidir, Vyana həmişə dialoqun paytaxtı olacaq”, - deyə o bildirib."Münaqişələrin - iqtisadi, hərbi, intellektual - daha açıq xarakter aldığı dünyada neytrallıq əlavə dəyər qazana bilər", - siyasətçi hesab edir.O hesab edir ki, Moskvanı beynəlxalq dialoqun bütün formatlarından kənarlaşdırmaq düzgün deyil.Onun fikrincə, sanksiyalar Aİ-nin Rusiyanın Ukraynadakı davranışlarına yeganə mümkün cavabı idi, lakin sanksiyaların müzakirəsi bağlı qapılar arxasında aparılmalıdır:Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/15/442132955_154:0:2885:2048_1920x0_80_0_0_ee672a66c8c3fcb03550739be012a293.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avstriya, moskva, dialoq
Avstriya XİN: Moskvanı dialoq platformalarından kənarlaşdırmaq düzgün deyil
Ölkənin xarici işlər naziri Aleksandr Şallenberq bildirib ki, Rusiya qazına embarqo tətbiq etmək çox vaxt aparan və baha başa gələn prosesdir.
BAKI, 21 may - Sputnik. Moskvanı bütün beynəlxalq dialoq platformalarından kənarlaşdırmaq düzgün deyil və bizim ölkəmiz neytrallığın dəyərini bilir və ondan imtina etməyəcək. Bu barədə Avstriya xarici işlər naziri Aleksandr Şallenberq “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
O, həmçinin etiraf edib ki, Rusiya qazına embarqo tətbiq etmək çox vaxt aparan və baha başa gələn prosesdir.
“Neytrallıq bizim milli öz müqəddəratını təyinetmə hüququmuzun bir hissəsidir, Vyana həmişə dialoqun paytaxtı olacaq”, - deyə o bildirib.
"Münaqişələrin - iqtisadi, hərbi, intellektual - daha açıq xarakter aldığı dünyada neytrallıq əlavə dəyər qazana bilər", - siyasətçi hesab edir.
O hesab edir ki, Moskvanı beynəlxalq dialoqun bütün formatlarından kənarlaşdırmaq düzgün deyil.
Onun fikrincə, sanksiyalar Aİ-nin Rusiyanın Ukraynadakı davranışlarına yeganə mümkün cavabı idi, lakin sanksiyaların müzakirəsi bağlı qapılar arxasında aparılmalıdır:
"İndi sanksiyalar açıq şəkildə müzakirə olunur. Rusiya qazından imtina etmək olar, lakin bu, uzun vaxt aparan və bahalı prosesdir".
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.