Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ və Avropadan Ukraynaya göndərilmiş silah və hərbi texnika məhv edilib - Rusiya MN

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hava döyüşü zamanı Ukraynaya məxsus Su-25 təyyarəsi vurulub.
BAKI, 21 may-Sputnik. Rusiya Silahlı Qüvvələri “Kalibr” raketləri ilə ABŞ və Avropadan Ukrayna qoşunlarının Donbasda qruplaşdırılması üçün nəzərdə tutulmuş böyük bir partiya silah və hərbi texnikanı məhv edib. Bu barədə şənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
“Jitomir vilayətindəki Malin dəmir yolu stansiyasının ərazisində yüksək dəqiqlikli uzun mənzilli dəniz bazalı “Kalibr” raketləri Ukrayna qoşunlarının təchizatı üçün ABŞ və Avropa ölkələrindən gətirilən silah və hərbi texnikanın böyük partiyasını məhv edib”, - deyə o bildirib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Odessa vilayətində Odessa Liman Zavodunda ukraynalı millətçilərin zirehli maşınları üçün nəzərdə tutulmuş yanacaqla dolu anbarlar da yüksək dəqiqlikli havadan buraxılan uzaqmənzilli raketlərlə məhv edilib.
Konaşenkov əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin üç komanda məntəqəsi vurulub.
“Baxmut qəsəbəsi ərazisində 109-cu ərazi müdafiə briqadasının komanda məntəqəsi də daxil olmaqla, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və 36 hərbi texnikasının cəmləşdiyi ərazi, həmçinin səkkiz sursat anbarı vurulub”, - deyə o bildirib.
Rusiya qırıcıları DXR-in Belitskoye kəndi yaxınlığında hava döyüşü zamanı Ukraynaya məxsus Su-25 təyyarəsini vurub.
Fevralın 24-də Rusiyanın Donbası qorumaq üçün başlatdığı xüsusi əməliyyat fonunda Vaşinqton və NATO müttəfiqləri Ukraynaya silah göndərməkdə davam edir. Bundan əvvəl ABŞ prezidenti Ukrayna hakimiyyət orqanlarına hərbi yardımın göstərilməsini sadələşdirən Lend-Liz haqqında qanunu imzalayıb.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0