https://sputnik.az/20220520/rusiya-daxili-bazarin-esas-erzaq-mehsullarina-olan-telebatini-odeyir---akademik-442064732.html
Rusiya daxili bazarın əsas ərzaq məhsullarına olan tələbatını ödəyir - Akademik
Rusiya daxili bazarın əsas ərzaq məhsullarına olan tələbatını ödəyir - Akademik
Sputnik Azərbaycan
Ekspert Aleksandr Şirov Rusiyanın iqtisadi təhlükəsizlik sahəsindəki yaranmış problemlərdən və onların həlli yollarından söhbət açıb. 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T10:01+0400
2022-05-20T10:01+0400
2022-05-20T10:01+0400
rusiya
rusiya
iqtisadi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442064704_0:0:3073:1728_1920x0_80_0_0_2354cf1b692f4e5cfd83451c3e6d3e3c.jpg
BAKI, 20 may — Sputnik. Qərbin tətbiq etdiyi antirusiya sanksiyaları Rusiya iqtisadiyyatına ağır zərbə vurdu, lakin səkkiz il ərzində biz ölkənin iqtisadi təhlükəsizliyi sahəsində son dərəcə mühüm problemləri həll edə bildik. RİA Novosti-nin xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası İqtisadi Proqnozlaşdırma İnstitutunun direktoru Aleksandr Şirov məlumat verib."Antirusiya sanksiyaları iqtisadiyyatımıza ağır zərbə vurur. Bunu gizlətmək başınızı qumda gizlətməyə çalışmaqdır. Onlar, xüsusilə, yüksək texnologiya ilə bağlı hər şeyə ağır zərbə vurdular. Sanksiyalar, bəlkə də, bizi müasir tədqiqat və inkişaf nəticələrinin üçdə iki hissəsindən məhrum etdi. Əgər bu problem yerli elmin, idxalın əvəzlənməsinin köməyi ilə həll edilə bilməzsə, orta müddətli perspektivdə böyük problemlər yarana bilər". – deyə o, sözünə davam edib.Ekspert, eyni zamanda qeyd edib ki, əgər indi baş verənlərin hamısı 2014-cü ildə baş versəydi, Rusiya üçün fəsadlar bundan qat-qat pis olardı:"Səkkiz il ərzində biz, heç nəyə baxmayaraq, ölkənin iqtisadi təhlükəsizliyi sahəsində son dərəcə vacib problemləri həll edə bildik".Onun sözlərinə görə, birincisi, bu gün Rusiya iqtisadiyyatı görünməmiş sanksiyalar şəraitində belə normal fəaliyyət göstərməsinə imkan verən maliyyə alətləri toplusu yaradıb. Söhbət maliyyə məlumatlarının ötürülməsi sistemindən, sürətli ödəniş Sistemindən, "Mir" kartlarından gedir.İkincisi, ekspert bildirib ki, onlar kritik vacib sahələrdə - əczaçılıq, müdafiə sənayesi və qida sahələrində idxaldan asılılığı azaltmağa nail olublar."Bəli, biz portağal, banan və kokos yetişdirmirik. Amma bir müddət onsuz da yaşamaq olar, üstəlik, bu saydıqlarım dost ölkələrdə bitir! Bununla belə, digər kənd təsərrüfatı məhsulları üzrə yerli istehsalla biz praktiki olaraq daxili bazarın tələbatını ödəmişik. Bu, ilk növbədə, dənli bitkilər, bitkiçilik məhsulları, quş əti, donuz əti, qismən də mal ətidir", - deyə Şirov sözünü yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442064704_159:0:2890:2048_1920x0_80_0_0_c17a9ea71535833684d4a04dee5257e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, iqtisadi
Rusiya daxili bazarın əsas ərzaq məhsullarına olan tələbatını ödəyir - Akademik
Ekspert Aleksandr Şirov Rusiyanın iqtisadi təhlükəsizlik sahəsindəki yaranmış problemlərdən və onların həlli yollarından söhbət açıb.
BAKI, 20 may — Sputnik. Qərbin tətbiq etdiyi antirusiya sanksiyaları Rusiya iqtisadiyyatına ağır zərbə vurdu, lakin səkkiz il ərzində biz ölkənin iqtisadi təhlükəsizliyi sahəsində son dərəcə mühüm problemləri həll edə bildik. RİA Novosti-nin xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası İqtisadi Proqnozlaşdırma İnstitutunun direktoru Aleksandr Şirov məlumat verib.
"Antirusiya sanksiyaları iqtisadiyyatımıza ağır zərbə vurur. Bunu gizlətmək başınızı qumda gizlətməyə çalışmaqdır. Onlar, xüsusilə, yüksək texnologiya ilə bağlı hər şeyə ağır zərbə vurdular. Sanksiyalar, bəlkə də, bizi müasir tədqiqat və inkişaf nəticələrinin üçdə iki hissəsindən məhrum etdi. Əgər bu problem yerli elmin, idxalın əvəzlənməsinin köməyi ilə həll edilə bilməzsə, orta müddətli perspektivdə böyük problemlər yarana bilər". – deyə o, sözünə davam edib.
Ekspert, eyni zamanda qeyd edib ki, əgər indi baş verənlərin hamısı 2014-cü ildə baş versəydi, Rusiya üçün fəsadlar bundan qat-qat pis olardı:
"Səkkiz il ərzində biz, heç nəyə baxmayaraq, ölkənin iqtisadi təhlükəsizliyi sahəsində son dərəcə vacib problemləri həll edə bildik".
Onun sözlərinə görə, birincisi, bu gün Rusiya iqtisadiyyatı görünməmiş sanksiyalar şəraitində belə normal fəaliyyət göstərməsinə imkan verən maliyyə alətləri toplusu yaradıb. Söhbət maliyyə məlumatlarının ötürülməsi sistemindən, sürətli ödəniş Sistemindən, "Mir" kartlarından gedir.
İkincisi, ekspert bildirib ki, onlar kritik vacib sahələrdə - əczaçılıq, müdafiə sənayesi və qida sahələrində idxaldan asılılığı azaltmağa nail olublar.
"Bəli, biz portağal, banan və kokos yetişdirmirik. Amma bir müddət onsuz da yaşamaq olar, üstəlik, bu saydıqlarım dost ölkələrdə bitir! Bununla belə, digər kənd təsərrüfatı məhsulları üzrə yerli istehsalla biz praktiki olaraq daxili bazarın tələbatını ödəmişik. Bu, ilk növbədə, dənli bitkilər, bitkiçilik məhsulları, quş əti, donuz əti, qismən də mal ətidir", - deyə Şirov sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.