Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kosaçev: Azərbaycanla belə sənədlərin hazırlanması davam edir

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidKonstantin Kosaçev
Konstantin Kosaçev - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Azərbaycanla sənədlərin hazırlanması davam edir və ən yüksək hazırlıq mərhələsindədir.
BAKI, 20 may — Sputnik. Rusiya üçüncü ölkələrin ərazisində bioloji silahların hazırlanması üzrə ABŞ proqramlarının inkişaf etdirilməsinin qarşısını ala biləcək. Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri, Ukraynadakı Amerika bioloji laboratoriyalarının işini araşdırmaq üzrə parlament komissiyasının həmsədri Konstantin Kosaçev deyib.
"Biz ümid edirik ki, işlər başa çatdıqdan və hüquqi sahə hər şeyi əhatə edəndən sonra üçüncü ölkələrin ərazilərində müfəssəl proqramların hazırlanması imkanını dayandıracağıq. Amerikalıların bir vaxtlar Ukrayna ərazisində edə bildiklərini başqa bir yerdə edə bilməməsi üçün mütləq qarşısı alınmalıdır", - deyə Kosaçev bildirib.
O vurğulayıb ki, Rusiyanın qonşuları biolayihələr sahəsində təhlükələrdən xəbərdar olmağa başlayırlar. Kosaçevin sözlərinə görə, Rusiyanın artıq bioloji təhlükəsizlik sahəsində əməkdaşlığa dair Ermənistan, Özbəkistan, Tacikistan və Türkmənistanla memorandumları var.
"Digər dörd qonşu dövlətimizlə - Belarus, Qazaxıstan, Qırğızıstan və Azərbaycanla belə sənədlərin hazırlanması davam edir və ən yüksək hazırlıq mərhələsindədir", - o deyib.
Parlamentari qeyd edib ki, Ukrayna uzun müddətdir ki, suverenlikdən məhrum edilib və praktiki olaraq ABŞ-ın 100% nəzarəti altındadır, o cümlədən orada biolayihələr açıq-aşkar hərbi xarakter daşıyır.
Federasiya Şurasının vitse-spikeri həmçinin qeyd edib ki, ən azı son iki onillikdə Amerikanın fəaliyyətinin eynisi Ukraynada əhəmiyyətli dərəcədə inkişaf etdirilib".
O xatırladıb ki, Sovet İttifaqının vaxtından 11 laboratoriya qalıb və hazırda 30-dan çox laboratoriya ABŞ pullarının köməyi ilə fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev - Sputnik Azərbaycan, 1920, 19.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Qərb aclıq təhdidini təzyiq rıçağı kimi istifadə edəcək - Kosaçev
Xəbər lenti
0