Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həştərxan-Bakı aviareysi bərpa olunur

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidAzimut aviaşirkətinin təyyarəsi
Azimut aviaşirkətinin təyyarəsi - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Həştərxan-Bakı istiqamətində uçuşlar həftədə iki dəfə olacaq.
BAKI, 20 may — Sputnik. Rusiyanın “Azimut” aviaşirkəti 30 may tarixindən etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşları bərpa edəcək.
Aviaşirkətin yaydığı məlumata əsasən, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək.
Həştərxandan (yerli vaxtla) uçuş saat 12:45-də, Bakıya eniş saat 14:10-da, əks istiqamətdə - Bakıdan uçuş saat 15:10-da, Həştərxana eniş saat 16:40-da yerinə yetiriləcək. APA-nın məlumatına görə, əlavə rüsumlar nəzərə alınmadan bir istiqamətə biletin qiyməti 80 avrodan başlayır.
Qeyd edək ki, hazırda aviaşirkət Bakıya Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0