https://sputnik.az/20220520/bakida-coxmerkezli-inkisaf-modeli-tetbiq-edilecek---bas-planda-yenilik-442100819.html
Bakıda çoxmərkəzli inkişaf modeli tətbiq ediləcək - Baş Planda yenilik
Bakıda çoxmərkəzli inkişaf modeli tətbiq ediləcək - Baş Planda yenilik
Sputnik Azərbaycan
Ələt, Mərdəkan və Sumqayıt Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin... 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T22:01+0400
2022-05-20T22:01+0400
2022-05-20T22:01+0400
bakı
paytaxt xəbərləri
baş plan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427122805_0:0:3072:1728_1920x0_80_0_0_09be672e86397f13f38411a06bb49db2.jpg
BAKI, 21may — Sputnik. Bakı şəhərinin yeni qəbul olunacaq Baş Planına əsasən çoxmərkəzli inkişaf modeli yaradılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu "Bakı şəhərinin Baş Planı-2040" sənədində öz əksini tapıb. Belə ki, Baş Plan çərçivəsində mövcud planlaşdırma strukturu nəzərə alınmaqla ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur. Çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur. Təklif edilən sistem üzrə hər bir mərkəz özünün təsir dairəsinə daxil olan əraziləri müvafiq şəhər xidmətləri ilə təmin edərək əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.Baş Plan çərçivəsində mərkəzlər aşağıdakı kateqoriyalara bölünübdür:Mərkəzi Bakı (Mərkəzi Planlaşdırma Rayonu) paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt) Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Regional şəhər mərkəzlərinin mövcud planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur.Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan) Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu mərkəzlərlə əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.Qeyd edək ki, Bakı şəhərinin Baş Planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427122805_341:0:3072:2048_1920x0_80_0_0_4a5a10a73eb0eac37aaa1165b4096292.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, baş plan
Bakıda çoxmərkəzli inkişaf modeli tətbiq ediləcək - Baş Planda yenilik
Ələt, Mərdəkan və Sumqayıt Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək.
BAKI, 21may — Sputnik. Bakı şəhərinin yeni qəbul olunacaq Baş Planına əsasən çoxmərkəzli inkişaf modeli yaradılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu "Bakı şəhərinin Baş Planı-2040" sənədində öz əksini tapıb. Belə ki, Baş Plan çərçivəsində mövcud planlaşdırma strukturu nəzərə alınmaqla ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur. Çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur. Təklif edilən sistem üzrə hər bir mərkəz özünün təsir dairəsinə daxil olan əraziləri müvafiq şəhər xidmətləri ilə təmin edərək əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.
Baş Plan çərçivəsində mərkəzlər aşağıdakı kateqoriyalara bölünübdür:
Mərkəzi Bakı (Mərkəzi Planlaşdırma Rayonu) paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.
Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt) Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Regional şəhər mərkəzlərinin mövcud planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur.
Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan) Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu mərkəzlərlə əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.
Qeyd edək ki, Bakı şəhərinin Baş Planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.