https://sputnik.az/20220519/rusiya-mn-ukraynali-esirlerin-azovstaldan-cixmasinin-yeni-goruntulerini-yayib-442064252.html
Rusiya MN ukraynalı əsirlərin "Azovstal"dan çıxmasının yeni görüntülərini yayıb
Rusiya MN ukraynalı əsirlərin "Azovstal"dan çıxmasının yeni görüntülərini yayıb
Sputnik Azərbaycan
Mariupolda "Azov"* millətçi bölməsinin yaraqlıları və ukraynalı hərbçilər təslim olmağa davam ediblər. 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T15:45+0400
2022-05-19T15:45+0400
2022-05-19T15:45+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya federasiyasının müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442057833_0:0:3055:1719_1920x0_80_0_0_7c7012270dab5af4519c9c37edd5d167.jpg
BAKI, 19 may — Sputnik. Rusiya Müdafiə Nazirliyi əsir götürülmüş ukraynalı yaraqlıların "Azovstal"dan çıxmasının yeni görüntülərini yayıb.Qeyd edək ki, ötən gün Mariupolun "Azovstal" zavodunda mühasirəyə alınmış 700-ə yaxın ukraynalı silahlı 24 saat ərzində təslim olub. Bunu Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib."Mariupolda "Azov"* millətçi bölməsinin yaraqlıları və ukraynalı hərbçilər təslim olmağa davam ediblər. Ötən sutka ərzində 694 yaraqlı təslim olub, o cümlədən 29-u yaralanıb", - o deyib.Konaşenkov qeyd edib ki, cəmi iki gün ərzində 959 yaraqlı silahı yerə qoyub, onlardan 80-ni yaralanıb. Yaralılardan 51-i stasionar müalicə tələb edirdi, onlar "DXR"in Novoazovsk xəstəxanasına göndərilib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin."Azov"* - Rusiyada fəqliyyəti qadağan olunmuş təşkilat.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442057833_0:0:2729:2047_1920x0_80_0_0_1c88d29693a17c3ff554ae1544c14a98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, rusiya federasiyasının müdafiə nazirliyi
ukrayna, rusiya federasiyasının müdafiə nazirliyi
Rusiya MN ukraynalı əsirlərin "Azovstal"dan çıxmasının yeni görüntülərini yayıb
Mariupolda "Azov"* millətçi bölməsinin yaraqlıları və ukraynalı hərbçilər təslim olmağa davam ediblər.
BAKI, 19 may — Sputnik. Rusiya Müdafiə Nazirliyi əsir götürülmüş ukraynalı yaraqlıların "Azovstal"dan çıxmasının yeni görüntülərini yayıb.
Qeyd edək ki, ötən gün Mariupolun "Azovstal" zavodunda mühasirəyə alınmış 700-ə yaxın ukraynalı silahlı 24 saat ərzində təslim olub. Bunu Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
"Mariupolda "Azov"* millətçi bölməsinin yaraqlıları və ukraynalı hərbçilər təslim olmağa davam ediblər. Ötən sutka ərzində 694 yaraqlı təslim olub, o cümlədən 29-u yaralanıb", - o deyib.
Konaşenkov qeyd edib ki, cəmi iki gün ərzində 959 yaraqlı silahı yerə qoyub, onlardan 80-ni yaralanıb. Yaralılardan 51-i stasionar müalicə tələb edirdi, onlar "DXR"in Novoazovsk xəstəxanasına göndərilib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
"Azov"* - Rusiyada fəqliyyəti qadağan olunmuş təşkilat.