https://sputnik.az/20220519/ermenistan-serhedlerin-delimitasiyasi-uzre-komissiya-yaradib---armen-qriqoryan-442062857.html
Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiya yaradıb - Armen Qriqoryan
Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiya yaradıb - Armen Qriqoryan
Sputnik Azərbaycan
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, işçi qruplarının görüşü texniki məsələlərlə bağlı fikir ayrılığına görə baş tutmayıb. 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T20:15+0400
2022-05-19T20:15+0400
2022-05-19T20:16+0400
sərhəd
qarabağ
ermənistan
delimitasiya
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_0:0:2904:1634_1920x0_80_0_0_4a7c96c3dc3106258001e51d8ad207a9.jpg
BAKI, 19 may — Sputnik. Ermənistan tərəfi artıq Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı öz komissiyasını yaradıb, vaxtı gələndə adlar açıqlanacaq. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə bildirib."İşçi qruplarının görüşünə gəlincə, bu, texniki məsələlərlə bağlı fikir ayrılığına görə baş tutmadı. Ümid edirik ki, texniki məsələlər həllini tapacaq və işçi qrupların görüşü baş tutacaq".Qriqoryanın qeyd etdiyi kimi, Ermənistan sülh gündəminə sadiq qalır və hesab edir ki, danışıqlar Yerevan və Bakının təklifləri birləşdirildikdən sonra başlamalıdır.Ermənistan Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Bakıda belə bir anlayış var ki, irəli getmək lazımdır: "Yerevan ümid edir ki, tərəflər sülh gündəmində ortaq məxrəcə gələcəklər, çünki bu, birtərəfli qaydada həyata keçirilə bilməz".O, hazırda Azərbaycanın nəzarətində olan anklavlarla bağlı Ermənistan tərəfinin hüquqi əsaslarının olduğunu da vurğulayıb: "Ona görə də Azərbaycan tərəfi bu məsələni qaldırarsa, öz əsaslandırmalarını təqdim etməlidir".Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar."Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir", - İlham Əliyev qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_113:0:2842:2047_1920x0_80_0_0_f1f4a5855d2bd6058ff8e7195e46f5e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sərhəd, ermənistan, delimitasiya
sərhəd, ermənistan, delimitasiya
Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiya yaradıb - Armen Qriqoryan
20:15 19.05.2022 (Yenilənib: 20:16 19.05.2022) Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, işçi qruplarının görüşü texniki məsələlərlə bağlı fikir ayrılığına görə baş tutmayıb.
BAKI, 19 may — Sputnik. Ermənistan tərəfi artıq Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı öz komissiyasını yaradıb, vaxtı gələndə adlar açıqlanacaq. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə bildirib.
"İşçi qruplarının görüşünə gəlincə, bu, texniki məsələlərlə bağlı fikir ayrılığına görə baş tutmadı. Ümid edirik ki, texniki məsələlər həllini tapacaq və işçi qrupların görüşü baş tutacaq".
Qriqoryanın qeyd etdiyi kimi, Ermənistan sülh gündəminə sadiq qalır və hesab edir ki, danışıqlar Yerevan və Bakının təklifləri birləşdirildikdən sonra başlamalıdır.
Ermənistan Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Bakıda belə bir anlayış var ki, irəli getmək lazımdır: "Yerevan ümid edir ki, tərəflər sülh gündəmində ortaq məxrəcə gələcəklər, çünki bu, birtərəfli qaydada həyata keçirilə bilməz".
O, hazırda Azərbaycanın nəzarətində olan anklavlarla bağlı Ermənistan tərəfinin hüquqi əsaslarının olduğunu da vurğulayıb: "Ona görə də Azərbaycan tərəfi bu məsələni qaldırarsa, öz əsaslandırmalarını təqdim etməlidir".
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar.
"Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir", - İlham Əliyev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.