https://sputnik.az/20220519/bu-kucelerden-kecmeyin-esasli-temir-edilir-442072698.html
Bu küçələrdən keçməyin, əsaslı təmir edilir
Bu küçələrdən keçməyin, əsaslı təmir edilir
Sputnik Azərbaycan
"İnvestisiya Proqramı"na uyğun olaraq paytaxtda 6 km-dən uzunluqda küçələrdə təmir işləri aparılıb. 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T17:36+0400
2022-05-19T17:36+0400
2022-05-19T17:36+0400
paytaxt xəbərləri
yol
bakı
təmir
https://cdnn1.img.sputnik.az/img/42287/60/422876003_0:0:1920:1080_1920x0_80_0_0_f6104b02f3868359a437e41a55ea0c99.jpg
BAKI, 19 may — Sputnik. 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq, Nəsimi rayonunda 1440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb.Agentlikdən bildirilib ki, təmir işləri adıçəkilən küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 600 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində icra olunur.Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Hazırda bu hissədə köhnə bordürlərin sökülməsi və yenilərinin inşası işləri aparılır. Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası aparılacaq.Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissədə aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə artıq 4320 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 1632 p/metr səki daşı düzülüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələri artıq təmir edilib.2021-ci ildə "İnvestisiya Proqramı"na uyğun olaraq Nəsimi rayonu ərazisində 6,4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/60/422876003_158:0:1598:1080_1920x0_80_0_0_2b62a61b4bdaee3d2ce612393a79cfe2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yol, bakı, təmir
Bu küçələrdən keçməyin, əsaslı təmir edilir
"İnvestisiya Proqramı"na uyğun olaraq paytaxtda 6 km-dən uzunluqda küçələrdə təmir işləri aparılıb.
BAKI, 19 may — Sputnik. 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq, Nəsimi rayonunda 1440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb.
Agentlikdən bildirilib ki, təmir işləri adıçəkilən küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 600 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində icra olunur.
Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Hazırda bu hissədə köhnə bordürlərin sökülməsi və yenilərinin inşası işləri aparılır. Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası aparılacaq.
Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissədə aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə artıq 4320 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 1632 p/metr səki daşı düzülüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələri artıq təmir edilib.
2021-ci ildə "İnvestisiya Proqramı"na uyğun olaraq Nəsimi rayonu ərazisində 6,4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.