Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Bloomberg" Ukrayna böhranını dayandırmağa mane olan üç nəfərin adını açıqlayıb

© AFP 2024 / YASUYOSHI CHIBAUkrayna hərbçisi, arxiv şəkli
Ukrayna hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Rusiyanın xarici siyasət idarəsi Qərb ölkələrinə Ukraynaya silah tədarükünə görə nota təqdim edib, Kiyev üçün göndərilən istənilən silah yükünün Rusiya silahlı qüvvələri üçün qanuni hədəfə çevriləcəyi bildirilib.
BAKI, 19 may — Sputnik. İngiltərə siyasətçiləri Ukrayna böhranının diplomatik həllinə mane olurlar. Bu barədə RİA Novosti "Bloomberg"ə istinadən məlumat yayıb.
"Baş nazir Boris Conson, xarici işlər naziri Liz Trass və müdafiə naziri Ben Uolles Ukraynadakı münaqişənin köməyi ilə reytinqlərini qaldırmağa çalışırlar", - deyə nəşrdə bildirilib.
"Bloomberg"də qeyd olunub ki, Consonun nüfuzu ümummilli lokdaun zamanı Dauninq küçəsindəki hökumət iqamətgahında keçirilən əyləncəli gecə ilə bağlı qalmaqala görə ciddi ziyan görüb.
Eyni zamanda, məqaladə yazılıb ki, Böyük Britaniya hökumətinin yüksək rütbəli üzvləri yalnız uzaqdan vuruşurlar.
"Trass və Uolles ciddi bir ölkənin xarici işlər və müdafiə nazirlərinə deyil, tribunadan qışqıran futbol azarkeşlərinə bənzəyirlər", - deyə məqalənin müəllifi "Bloomberg"dən olan həmkarı Maks Hastinqsdən sitat gətirib.
Nəşr qeyd edir ki, Conson vəzifədən ayrılsa belə, heç nə dəyişməyəcək, çünki onun silahdaşları öz davakar ritorikaları ilə baş nazirdən geri qalmırlar.
Sonda məqalənin müəllifi Ukraynanı "ingilis dostlarla" diqqətli olmağa çağırıb.
Qeyd edək ki, mayın əvvəlində Conson Ukrayna parlamentarilərinə videomüraciəti zamanı 300 milyon funt sterlinqlik yeni hərbi yardım paketi, o cümlədən radar, ağır yük daşıyan dronlar və gecə görmə gözlükləri vəd etmişdi.
Rusiya bu yaxınlarda ABŞ da daxil olmaqla digər ölkələrə Ukraynaya silah tədarükünə görə nota təqdim edib. Xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Kiyev üçün göndərilən istənilən silah yükü Rusiya silahlı qüvvələri üçün qanuni hədəfə çevriləcək. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Qərbdən Ukraynaya silahların tədarükü Rusiya-Ukrayna danışıqlarına mənfi təsir göstərəcək.
Xatırladaq ki, Rusiya 24-də Ukraynanın Ukraynanın denasifikasiyası və demilitarizasiyası üçün xüsusi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir, heç bir şey mülki əhalini təhdid etmir.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0