Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Qış parkının yaxınlığındakı yaşayış binasında yanğın: Bir nəfər həlak olub - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Qış parkının yaxınlığındakı yaşayış binasında yanğın
Qış parkının yaxınlığındakı yaşayış binasında yanğın - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
FHN qüvvələrinin operativ müdaxiləsi və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğın söndürülüb. Lakin binanın 74 yaşlı qadın sakinini xilas etmək mümkün olmayıb.
BAKI, 18 may - Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu gecə Bakının mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
Orada qeyd olunur ki, 17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər.
Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölüb.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
17.05.22, 23:31
Bu gün saat 22:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal yanğının baş verdiyi ünvana cəlb olunub.
Qüvvələrin operativ müdaxiləsi və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğın saat 23:05-də məhdudlaşdırılıb.
Operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasına imkan verilməyib və alov saat 23:23-də söndürülüb.
Qeyd edək ki, yanğın Çingiz Mustafayev küçəsi 60 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə başlayıb. Daha sonra alov ikinci mənzilə keçib.
Yanğının nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0