Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: ŞƏT-ə üzv olmaq istəyənlərin sayı artır

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, bərabərlik, kompromis axtarışı, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması ŞƏT-i fərqləndirir.
BAKI, 18 may — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyən ölkələrin sayı artıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Mövcud olduğu illər ərzində Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq aləmdə öz aktuallığını və böyük nüfuzunu sübut edib. Bunu təşkilatımızla əlaqələrini inkişaf etdirmək istəyən dövlətlərin, o cümlədən ona tamhüquqlu üzv kimi qoşulmaq, müşahidəçi və ya dialoq üzrə tərəfdaş statusu əldə etmək istəyən ölkələrin sayı da təsdiqləyir", - deyə Lavrov ŞƏT-in baş katibi Çjan Minlə görüşündə deyib.
Onun sözlərinə görə, bərabərlik, kompromis axtarışı, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması ŞƏT-i fərqləndirir və hazırda ciddi sınaqdan keçən beynəlxalq hüququn fundamental prinsiplərinə tam uyğundur.
Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması barədə bəyannamə Qazaxıstan, Rusiya, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan tərəfindən 2011-ci ildə imzalanıb. 2017-ci ildən Hindistan və Pakistan da təşkilatın tam hüquqlu üzvləridirlər.
Bakı və Yerevan isə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0