Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

KTMT Ukraynadakı əməliyyatda iştirak edəcək?

© AFP 2024 / KTMT hərbçiləri, arxiv şəkli
KTMT hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, alyans ölkələrinin ərazisi KTMT-nin məsuliyyət zonasıdır.
BAKI, 18 may — Sputnik. KTMT-nin mandatı Ukraynada xüsusi əməliyyat zamanı təşkilatın kollektiv qüvvələrinin istifadəsini nəzərdə tutmur. Bunu Rusiya Xarici İşlər Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib.
Bundan əvvəl KTMT-nin baş katibi Stanislav Zas bildirmişdi ki, təşkilatın mayın 16-da keçirilən yubiley sammitində kollektiv qüvvələrin Ukraynada keçirilən xüsusi əməliyyatın gedişatına mümkün cəlb olunması məsələsi qaldırılmayıb və müzakirə olunmayıb.
Öz növbəsində, RİA Novosti-nin Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsi KTMT-nin kollektiv qüvvələrinin xüsusi əməliyyata cəlb olunması imkanının ümumiyyətlə istisna edilib-edilməməsi sualına cavab verərək qeyd edib ki, KTMT-nin məsuliyyət zonası alyans ölkələrinin ərazisidir.
"Bu (Ukrayna - red.), bizim ərazimiz deyil. KTMT qaydaları bu ərazilərdə imkanlardan istifadəni nəzərdə tutmur. Sülhməramlı qüvvələr yalnız mandat çərçivəsində fəaliyyət göstərirlər", - agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, bazar ertəsi Moskvada KTMT ölkələri liderlərinin yubiley sammiti keçirilib.
KTMT ölkələrinin liderləri qitədə gərginliyin azaldılmasını vacib hesab edir, NATO ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyirlər.
"Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu təsdiqləyirik", - deyə sənəddə bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0