Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Aİ ölkələri Ukrayna ilə bağlı müstəqil mövqe nümayiş etdirmirlər - Zaxarova

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidRusiya XİN rəsmisi, Mariya Zaxarova
Rusiya XİN rəsmisi, Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
XİN rəsmisi əmindir ki, Avropa İttifaqı tərəfindən hansı qərarların qəbul edildiyini və hazırlandığını anlamaq mümkün deyil.
BAKI, 18 may — Sputnik. Aİ ölkələrinin nümayəndələrinin Ukrayna ilə bağlı bəyanatları rəsmi mövqe kimi qəbul edilə bilməz, çünki sonra hər şeyə ABŞ tərəfindən düzəlişlər edilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində deyib.
"Qərb ölkələrinin liderlərinin, hətta ən yüksək dövlət qurumlarının nümayəndələrinin bəyanatlarını son həqiqət, hətta onların rəsmi mövqeyi kimi qəbul etmək mümkün deyil. Çünki milli zəmində, məsələn, Avropa İttifaqı tərəfindən səsləndirilən bu açıqlamalar sonra "böyük qardaş"ın ifadəsi ilə ört-basdır edilir", - deyə Zaxarova qeyd edib.
Diplomat əlavə edib ki, qərarların qəbul olunduğu və bəyanatların verildiyi mərkəz Aİ ölkələrində yerləşmir:
"Onların bəyan etdikləri hər şey ABŞ-ın müvafiq strukturlarının rəhbərliyi tərəfindən və həmin andakı vəziyyətə uyğun olaraq dəyişdirilir".
Zaxarova əmindir ki, Avropa İttifaqı tərəfindən hansı qərarların qəbul edildiyini və hazırlandığını anlamaq prinsipcə mümkün deyil.
"Mən indi öz ölkəmizdən ,ya da mütəxəssislərimizdən danışmıram, Aİ ərazisində heç kim bunu anlaya bilməz - strategiya necədir, onlar nə istəyirlər, nəyə can atırlar, özləri üçün, Ukrayna üçün, potensial üzvlər üçün, Avropa İttifaqı ilə münasibətlər kontekstində beynəlxalq ictimaiyyət üçün plan nədir - bunu heç kim anlaya bilməz", - deyə Zaxarova fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0