Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Qərbin xaotik qərarlarını Rusiyanın xeyrinə çevirməyə çağırıb

© Sputnik / Евгений Биятов / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
Vladimir Putin bildirib ki, Rusiya hakimiyyəti Qərbin xaotik qərarlrını öz xeyrinə çevirməlidir
BAKI, 17 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin neft sənayesinin inkişafı üzrə müşavirədə bildirib ki, Rusiya hakimiyyəti fəal hərəkət etməli və Qərbin xaotik qərarlarını öz xeyrinə çevirməlidir.
"Qərbdə yaxın gələcəkdə hansı addımların atılacağını anlayaraq, biz qabaqcadan nəticə çıxarmalı və fəal hərəkət etməli, bəzi tərəfdaşlarımızın düşünülməmiş, xaotik addımlarını öz xeyrimizə çevirməliyik. Ölkəmizin xeyrinə", - deyə dövlət başçısı bildirib.
Putin, eyni zamanda, səhvlərin daimi olacağı ilə bağlı gözləntilərə qarşı xəbərdarlıq edib.
"Əlbəttə, orada sonsuz səhvlərə yol veriləcəyinə ümid etmək lazım deyil", - deyən Putin praqmatik davranmaq lazım olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Moskvada Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.05.2022
RUSİYA
Peskov: Rusiya çətinliklərin öhdəsindən gəlmək üçün hər şeyə malikdir
Xəbər lenti
0