Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Peskov: Ən dəhşətlisi informasiya müharibəsi zamanı gördüyümüz yalan axınlarıdır

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
Rusiya prezidentinin sözçüsü bildirib ki, ukraynalı mütəxəssislərin özləri çətin ki, bu qədər peşəkar işləyə bilsinlər.
BAKI, 17 may — Sputnik. Ukraynada yalan və dəhşətli saxtakarlıq axını yaradan PR şirkətləri və məsləhətçilər ordusu var. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ən dəhşətlisi informasiya müharibəsi zamanı gördüyümüz yalan axınlarıdır. Bunlar yalan axınlarıdır, bunlar saxtakarlıqdır, dramatizasiyadır, bəzən insan şüurunun təsəvvür edə bilmədiyi qədər dəhşətlidir", - Peskov deyib.
O, nümunə olaraq Buçada baş verənləri göstərib.
"Aydındır ki, ukraynalı mütəxəssislərin özləri çətin ki, bu qədər peşəkar işləyə bilsinlər, onların PR şirkətləri, informasiya məsləhətçiləri, informasiya müharibəsi mütəxəssisləri ordusu var", - Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0