Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının konfransı keçirilir

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı, arxiv şəkli
Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistandan Azərbaycana keçib.
BAKI, 17 may — Sputnik. Bu gün Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) üçüncü ümumi konfransı başlayıb.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti, Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti, Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti və Tacikistan Nümayəndələr Palatasının üzvləri iştirak edirlər.
Milli Məclisin plenar iclas zalında keçirilən konfransda "Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları" mövzusu müzakirə olunur, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılır.
İƏT PA-nın Baş katibi Tahir Hüsseyn deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının növbəti konfransı 2023-cü ildə İranda keçiriləcək. İran parlamentinin sədri İƏT PA-nın vitse-prezidenti seçilib.
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistandan Azərbaycana keçib. İƏT PA-nın üçüncü ümumi konfransından sonra təşkilata sədrlik Azərbaycana keçib.
"Azərbaycan sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək. Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır", - Sahibə Qafarova vurğulayıb.
Milli Məclisin sədri deyib ki, pandemiya tamamilə aradan qalxmasa da, kəskin dövrü geridə qalıb: "İndi biz növbəti addımlara hazır olmalı və postpandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirməliyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0